Şrift:
Olimpiada uğurları və ya gələcəyin elm və sənət adamlarının elmi axtarışları
10.06.2016 [10:16] - Gündəm, Gənclik, DAVAMın yazıları
Dərs ili sona çatır.İndi məktəblərdə dərs ilinin ilk hesabatları hazırlanır.Kim nə deyir desin,təhsil ocağının ilk göstəricisi olimpiada yarışlarındakı uğurlu nəticələrdir.

Olimpiada uğurları və ya gələcəyin elm və sənət adamlarının  elmi  axtarışları

Olimpiada uğurları və ya gələcəyin elm və sənət adamlarının  elmi  axtarışları

Olimpiada uğurları və ya gələcəyin elm və sənət adamlarının  elmi  axtarışları

Olimpiada uğurları və ya gələcəyin elm və sənət adamlarının  elmi  axtarışları



Mən keçən il şəkildə gördüyünüz bu uşaqların müəllimi olmuşam.Tarix üzrə respublika birincii Zöhrə Məmmədova ibtidai məktəbi rus dilində oxuyub.Çox yaxşı təfəkkürlü,nəcib əxlaqlı şagirddir.Qısa müddətdə Azərbaycan dilini yaxşı öyrənmişdir. Zöhrə Məmmədova Respublika Fənn Olimpiadasında digər fənlər üzrə də birinci yeri yuta bilərdi.

Azərbaycan dili üzrə qızıl medalçı Günel Məmmədova Azərbaycan və Avropa təhsilinə xüsusi önəm verən ailədə böyüyür.Onun ADA-nın birinci kursunda oxuyan bacısı Günay Məmmədova AAM-in keşən ilki 9 məzunundan biidir.

Günay AAM-i qızıl medalla bitirib.O , AAM-də oxuduğu illərdə 2 dəfə Azərbaycanda , bir dəfə Türkiyənin Antalya şəhərində bilik yarışının qalibi olub,hər dəfədə evə qızıl medalla qayıdıb.

Lamiyə Mahmudova olimpiadada tarix fənni üzrə birinciyeri tutaraq,qızıl medal almışdır. Onın əlaçılığı ailədən gəlir.Lamiyənin atası da,anası da milli təhsilə önəm verən valideynlərdir.

Vaqif Süleymanov ibtidai təhsilini Çində alıb.Başqa sözlə,Vaqif elm dalınca Çindən Bakıya gəlib.
Vaqif AAM-ə gələndə Azərbaycan əlifbasını bilmirdi.Amma AAM-də hər nəsnəni öyrəndi.O, bütün fənlər üzrə yarışlarda uğurla iştirak edə bilər.Bu il tarix fənni üzrə respublika fənn olimpiadasında ikinci yeri tutaraq,gümüş medal qazanan Vaqifin gələn il seçəcəyi fənn yarışmasında birinci yeri tutacağına inanın.

AAM-də Fənn olimpiadalarına hazırlıq və onun və əşkili təşkili haqqında bir neçə söz də demək istəyirəm.AAM məəktəblilərinin olimpiada tarixində mənim də müəyyən rolum var.
Tarix üçün bunu demək və etiraf ettmək mütləq lazımdır. Biz AMM -də olimpiada qərargahı yaratmıdıq. Burada fənlər üzrə dərinləşdirilmiş proqram üzrə müəyyən edilmiş fənlər üzrə məşğələlər keçirilir, müəllimlər daha çox fasilitator kimi çalışırdılar. Ənənə bu il də davam etdirilmişdir.Builki qərargah haqqqında digər müəllim yoldaşlarım da öz xidmətlərini özləri söyləyə bilərlər.

Bir məsələni də vurğulayıram.AAM-in keçmiş direktoru Mr.Qraem Pollock məktəblilərin olimpiadalarda iştirakını həmişə yüksək qiymətləndirirdi.
Bu il iyunun 8-də AAM-ə direktor təyinatı alan Mr.Gari Crippinin də olimpiadalara yüksək qayğı göstərəcəyinə inanmaq olar.



Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

AAM-in sabiq kafedra müdiri və müəllimi,ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,

Azərbaycan Respublika Prezidentinin aylıq rtəqaüdçüsü.

Bakı,09.06.2016.
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed