10.06.2016 [11:09] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Elşən Mustafayev: “Özünü İslam dövləti adlandıran bir ölkənin din qardaşları olan müsəlmanları qıran, onlara qarşı Xocalı soyqırımını törədən ermənilərlə bu şəkildə əməkdaşlıq etməsi İranın həqiqətən də İiki
Fərəc Quliyev: “İranın həmişə Ermənistanın yanında olması danılmaz faktdır”
Azərbaycan hər zaman İran dövlətilə münasibətlərin inkişafına, mehriban qonşuluq siyasətinə xüsusi önəm verib. Ölkəmiz hazırda da İrana qarşı münasibətində eyni kursu davam etdirir. Vaxtilə İran beynəlxalq sanksiyalardan ziyan çəkəndə Azərbaycan onun bu sanksiyalardan qurtulması üçün çağırışlar edib, bu istiqamətdə real addımlar atıb.
Ölkəmiz hətta İranın mövqeyini nəzərə alaraq İsraildə səfirliyin açılmasını ləngidir. Həmçinin, öz enerji layihələrilə İran resurslarının dünya bazarına çıxmasına şərait yaradır. Lakin anoloji addımların İran tərəfindən atıldığının bu günə qədər şahidi olmadıq. Əksinə, Azərbaycanın bu dost jestinə rəğmən, İran hələ də müsəlmanların qatili olan işğalçı Ermənistanla münasibətlərini inkişaf etdirir, ona qucaq açır. Görəsən, hər addımbaşı İslam birliyindən dəm vuran Terhan nədən buna gedir?
Politoloq Elşən Mustafayevin fikrincə, fars rejiminin işğalçı Ermənistana münasibətdə belə isti münasibəti onların xislətindən irəli gəlir: "Azərbaycanın güclənməsi İranın maraqlarına cavab vermir. İran təəssüf ki, dövlət səviyyəsində ölkəmizə qarşı belə bir xarici kurs götürüb. Özünü İslam dövləti adlandıran bir ölkənin din qardaşları olan müsəlmanları qıran, onlara qarşı Xocalı soyqırımını törədən ermənilərlə bu şəkildə əməkdaşlıq etməsi İranın həqiqətən də İikili siyasət yeritdyini göstərir. İslamda da millət anlamı yoxdur, din anlamı, din qardaşlığı var. Din qardaşlarının torpağını işğal edib, onlara qarşı soyqırım təşkil edən bir dövlətlə hansı əməkdaşlıqdan söhbət gedə bilər?
İran buna gedibsə, deməli, qeyri-səmimidir. Bu əsasda görürük ki, İran əslində, İslam adı altında insanları təhdid altında saxlayan bir rejimdir. İran hazırda Ermənistanın ən yaxın tərəfdaşıdır. Bu ölkəyə iqtisadi cəhətdən hərtərəfli yardımlar edir. Bunun da hamısı onunla bağlıdır ki, İran güclü Azərbaycanın olmasından və öz daxilində soydaşlarımızın aktiv fəaliyyətindən çəkinir”.
Milli Məclisin deputatı Fərəc Quliyev də düşünür ki, Tehran Azərbaycanın güclü olmasını həzm edə bilmədiyindən Ermənistana belə isti qucaq açıb: "İran və Rusiya 1828-ci ildə Azərbaycanı iki yerə böləndən sonra heç zaman bizim güclü olmağımızda maraqlı olmayıblar. İndi də İran Şimali Azərbaycanın güclü olmasında maraqlı deyil.
Azərbaycan tərəfi həmişə İranla xoş münasibətlər saxlamağa çalışıb. Amma Tehran həmişə ölkəmizə qarşı olub. Hesab edirəm ki, İranın bu yanaşması təsadüfi də deyil. Uzun müddət özünün təbliğat vasitələrində Azərbaycanı aşağılamaqla məşğul olublar. Azərbaycanda müəyyən dini təriqətləri ölkəmizə qarşı yönəltməyə çalışıblar. İranın həmişə Ermənistanın yanında olması da danılmaz faktdır. Çünki İran tərəfdən Mehri körpüsündən pəncərə veriblər və mütəmadi olaraq Ermənistan yeganə olaraq bu nəfəslikdən qidalanır.
Özüm şəxsən döyüşlərin birində Ermənistanın ekspedisiya korpusunu dağıdandan sonra onların səngərindəki silah, sursat, elektrik cihazları, ərzaq məhsularının məhz İran məhsulu olduğunun şahidi oldum. İran bizə xoş söz deməsinə baxmayaraq, diplomatik sahədə də Ermənistanın yanında olub. Dində göstərilir ki, qəsb olunmuş yerdə hətta su ilə belə dəstəmaz almaq olmaz. Amma İran işğal olunmuş Azərbaycan ərazilərindəki yeraltı və yerüstü sərvətlərimizi daşıyıb aparmaqda Ermənistana kömək edir. Qardaş deyirlərsə, müsəlmanın sevinci onların da sevinci olmalıdır, kədəri də kədər. Amma gedib əks tərəfdə dayanıblar. Ermənistan torpaqlarımızı işğal edib, amma onun barəsində ölçü götürmürlər. Tehran guya Siriyada terrorizmə qarşı mübarizə aparır, amma burada terrorçuya qucaq açır. İranın bu yanlış davranışına bütün ictimaiyyətin etiraz etməsi lazımdır. Rəsmi şəkildə də münasibət bildirilməlidir, necə dostsunuz ki, gedib düşmənimizin yanında dayanmısınız? Biz nə qədər çalışsaq və istəsək də, İran Azərbaycana dost münasibət bəsləməyəcək”.
Rüfət NADİROĞLU

Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |