Şrift:
“Belə bir şəraitdə İranla hərbi əməkdaşlıqdan söhbət gedə bilməz" AÇIQLAMA
10.06.2016 [11:13] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Hazırki dövrdə İranla Azərbaycan arasında hərbi əməkdaşlıq sazişinin bağlanması mümkünsüzdür”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

İranın son zamanlar Ermənistana yaxınlaşdığını deyən millət vəkili qeyd edib ki, belə bir şəraitdə hərbi əməkdaşlıqdan söhbət gedə bilməz.

Azərbaycanla Türkiyə arasında olan hərbi əməkdaşlıqdan söz açan millət vəkili bildirib ki, qardaş ölkələr arasında bu sahədə olan münasibətlər digərlərindən fərqlənr: “Çünki, Azərbaycanla Türkiyə bu sahədə bir sıra ortaq addımlar atmaqla yanaşı, müxtəlif təlim və tədbirlər həyata keçirir. Ölkələr arasında mədəni iqtisadi əlaqələr, siyasi hərbi sahələrə də siraət edib. Birgə kontingentin hazırlanmasından tutmuş, silahların istehsalı, müəssisələrin yaradılması, təlimlərin keçirilməsi, hətta birgə ordunun yaradılması kimi işlər həyata keçməkdədir. Azərbaycanla Türkiyə hərbi sanəye sahəsində də geniş əməkdaşlığa malikdir. Çox ciddi silahların və maşınların istehsalı ilə bağlı razılıqlar əldə edilib. Həm xarici, həm hərbi siyasətin koordinasiya olunması, həm də hərbi sənaye kompleksinin birgə inkişaf etidirilməsi Türkiyə Azərbaycan arasında əməkdaşlığın strateji tərəfdaşlıqdan birgə davranışa keçməsinin sübutudur”.

F. Quliyev qeyd edib ki, bu gün PKK-ya qarşı mübarizədə Azərbaycan ordusunun imkanlarından istifadə etmək olar: “Azərbaycan və Türkiyə arasında olan konvensiyalarda əməkdaşlığın bütün növləri öz əksini tapıb. Elə məsələlər var ki, o, bir dövlətin işi sayılmır. Ermənistan terrorla məşğuldur, əgər gələcəkdə Ermənistan və ya digər dövlət ölkəmizin müdaxilə edərsə, o zaman Türkiyə Azərbaycanın müraciəti əsasında bu işlərə əl qoya bilər. Türkiyə mütəmadı olaraq bu məsələ ilə bağlı öz mövqeyini bildirərək qeyd edib ki, əgər Azərbaycan üzərinə hər hansı basqı olarsa, Türkiyə bunun qarşısında duracaq. Qardaş ölkənin Dağlıq Qarabağ məsələsi ilə bağlı da mövqeyi ortadadır. Türkiyə Ermənistanla bütün əməkdaşlığını saxlayıb. Əgər münaqişənin həlli ilə bağlı hərbi yola əl atılarsa, o zaman Türkiyə və Pakistan Azərbaycanın yanında olacaq”.

Nailə Məhərrəmova
Bu xəbər oxucular tərəfindən 786 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed