Şrift:
Türkiyəli ekspertlər: "Formula-1" turistləri cəlb edəcək, Azərbaycanın iqtisadi imkanlarını genişləndirəcək
11.06.2016 [10:19] - Gündəm, İdman
Bakıda "Formula-1" Avropa Qran-prisinin keçirilməsi beynəlxalq arenada Azərbaycanın populyarlığının və nüfuzunun artmasına xidmət edəcək. Bunu Türkiyənin "Strategic Outlook" beynəlxalq araşdırma mərkəzinin prezidenti Yusuf Çinar deyib.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı, böyük şirkətlər ilə əməkdaşlıq iqtisadi baxımdan Azərbaycana əlavə təkan verəcək: "Tədbiri dünya telekanalları yayımlayacaq, bu yarışa milyonlarla tamaşaçı baxacaq".

Turqut Özal Universitetinin elmi əməkdaşı Özal Salih isə hesab edir ki, Bakıda "Formula-1"in keçirilməsi Azərbaycanda turizmin inkişafına xidmət edir. Onun fikrincə, "Eurovision", Avropa Oyunları, "Formula-1" kimi tədbirlərin keçirilməsi Azərbaycanı dünya paytaxtına çevirəcək.

Qeyd edək ki, iyunun 17-19-da Bakıda "Formula-1" yarışları keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 744 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed