23.02.2012 [15:35] - Güney Azərbaycan xəbərləri
Azərbaycanda səfərdə olan Türkiyənin daxili işlər naziri Bakıda jurnalistlərə Xocalı soyqırımının insanlıq tarixində qara ləkə olduğunu bildirib.
Türkiyə rəsmisi qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın haqlı mübarizəsində onun yanında olacaq.
"Türkiyə-Azərbaycan əlaqələrinin analoqu yoxdur. Bu, siyasi əlaqələr olmaqla yanaşı, qardaşlıq əlaqələridir", - nazir əlavə edib.
Türkiyənin daxili işlər naziri İdris Naim Şahin bu gün ikigünlük rəsmi səfərlə Azərbaycana gəlib.
Səfər Azərbaycanın daxili işlər naziri Ramil Usubovun dəvəti ilə həyata keçirilir. Həmkarlar iki nazirliyin əməkdaşlığı ilə bağlı danışıqlar aparacaqlar.
Türkiyəli nazirin DİN rəhbəri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov, FHN rəhbəri Kəmaləddin Heydərovla görüşləri gözlənilir.

Bu xəbər oxucular tərəfindən 1195 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |