12.06.2016 [03:31] - Gündəm, İdman
İngiltərə-Rusiya matçından sonra stadionda insident yaşanıb. Rusiyalı azarkeşlər ingiltərəli fanatların sektoruna hücum ediblər.
TASS-ın verdiyi məlumata əsasən, hakimin final fitindən sonra rusiyalı azarkeşlərin bir qrupu ingilis fanatların olduğu sektora soxulub. Stadionda rəqib komandaların azarkeşlərini bir-birindən ayıran bufer zonası olmayıb. Həmçinin bildirilir ki, ruslar oyun zamanı stadionda fayer yandırıblar və Rusiya Futbol İttifaqı buna görə UEFA tərəfindən cərimələnə bilər.
Şənbə günü Marseldə rusiyalı və ingiltərəli fanatların arasında dava düşüb. Polis dalaşanları ayırmaq üçün tüstü şaşkaları, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etməli olub. Son məlumata görə, toqquşmalar zamanı 31 nəfər xəsarət alıb.
Xatırladaq ki, İngiltərə və Rusiya komandaları arasında oyun 1:1 hesabı ilə başa çatıb.

Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |