Şrift:
Cavid Qurbanov: İpək yolu Avropaya çıxışı genişləndirir
13.06.2016 [10:26] - Gündəm, İqtisadiyyat
Bakı-Tbilisi-Qars dəmir yolunun üzərində işlər, demək olar ki, tamamlanıb, çox iş qalmayıb.

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov ANS-ə açıqlamasında deyib.

Layihənin ləngiməsi ilə bağlı sədr onu deyib ki, nəzərə alınmayan işlər, əlavə xərclər həddindən artıq çoxdur, iş çətin iqlim şəraitində aparılır. Buna səbəb olaraq C.Qurbanov həmçinin Gürcüstanda baş verən hakimiyyət dəyişikliyini də göstərib. "Əslinə qalsa, işi demək olar ki tamamlamışıq Gürcüstan tərəfində", deyə o əlavə edib.

Dəmir yolunun Türkiyə hissəsi ilə bağlı C.Qurbanov qeyd edib ki, qalan işlər böyük bir problem deyil: "Türkiyə üçün o yol, hansı ki 85 kilometrdir, böyük bir şey deyil. Onlar da işlərin hardasa 80 faizini tamamlayıblar. Qalıb üst tərəfi, onu da bu ilin axırına kimi, yəgin ki, tamamlayarlar və dizel lokomotivlərlə yükü apara biləcəyik".

Cavid Qurbanov deyib ki, layihə ilə bağlı Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslanla görüş keçirməyi planlaşdırır.

İpək yolu ilə bağlı C.Qurbanov onu deyib ki, bu yol Rusiyanın, Azərbaycanın, həm də Qazaxıstanın üzərindən keçməklə, Avropaya çıxışı genişləndirir: "Çünki Çinin Avropayla, bu dövlətlərlə arasındakı mübadilə təqribən 100 milyon tonun ətrafındadır. Ancaq bu get-gedə artacaq. Artdıqca, nəqliyyat növlərinə tələbat daha da çoxalacaq. Çoxaldıqca bu yolun genişlənməsi lazımdır. Bunlardan da biri, üzərimizdən keçən dəmir yoludur".

Qurbanov həmçinin vurğulayıb ki, bu marşrutu əsas işə salan "Bakı-Tbilisi-Qars" dəmir yolu olacaq.
Bu xəbər oxucular tərəfindən 753 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed