23.02.2012 [16:10] - Güney Azərbaycan xəbərləri
Azərbaycan parlamentinin üzvləri Azay Quliyev, Rövşən Rzayev və Fərəc Quliyev “Evronest” Parlament Assambleyasının sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən Ermənistanda səfərdədir.
“Evronest”in sosial komitəsinin iclasında azərbaycanlı və erməni deputatlar arasında ciddi qarşıdurma yaranıb. Qarşıdurmaya səbəb millət vəkili Azay Quliyevin çıxışı olub. Azay Quliyev çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, 1 milyona yaxın qaçqının olduğunu bildirib, müharibənin Azərbaycana vurduğu ziyandan, Ermənistanın qeyri-konstruktiv mövqeyindən danışıb. Bu çıxış erməni deputatları özündən çıxardıb. Onlar bunu Azərbaycanın təbliğatının növbəti mərhələsi adlandırıblar. İclasın təşkilatçısının müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. Qeyd edək ki, Milli Məclis üzvləri hazırda İrəvandadırlar. Ermənistan kütləvi informasiya vasitələri iclasda iki ölkənin millət vəkilləri arasında qarşıdurmaya geniş yer veriblər.

Bu xəbər oxucular tərəfindən 1564 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |