13.06.2016 [15:36] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev yay aylarında cəbhədə yenidən döyüş əməliyyatlarının başlayacağına dair yayılan fikirlərə münasibət bildirib.
F. Quliyev “Qafqazinfo”ya açıqlamasında xatırladıb ki, Azərbaycan tərəfi qələbənin bir addımlığında olanda beynəlxalq güclərin xahişi ilə hücumu dayandırıb: “Amma onlar da vəd verdilər ki, qısa zamanda dinc yollarla məsələ həll olunacaq. Bu keçən müddətdə isə beynəlxalq güclər tərəfindən heç bir addım atılmayıb.
Bundan əlavə, mən iyunun sonunda Rusiyada keçirilməsi nəzərdə tutulan görüşdən də bir müsbət nəticə gözləmirəm. Çünki məsələnin həlli istiqamətində ciddi irəliləyişlər yoxdur.
Azərbaycan tərəfi beynəlxalq güclərə hörmət edərək iradəsini ortalığa qoydu ki, məsələ dinc yolla həllini tapsın. Azərbaycan BMT-nin dörd qətnaməsi, beynəlxalq konvensiyalar, həm də ölkə konstitusiyasına görə hərbi yolla öz torpaqlarını azad etmək gücündədir. Yaxşı olar ki, münaqişə dinc yolla həllini tapsın, bu olmasa, mütləq hərbi yolla torpaqlar azad ediləcək”.
Günel Türksoy

Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |