24.02.2012 [01:11] - Xəbərlər
Avropa İttifaqı (Aİ) İran və Suriyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Aİ üzv dövlətlərin xarici işlər nazirlərinin gələn həftə keçirilməsi planlaşdırılan toplantısında İranın əsasən bank sisteminin hədəf alınacağı bildirilib. Belə ki, 1973-cü ildə ABŞ və Avropa bankları tərəfindən yaradılan və mərkəzi qərargahı Belçikada yerləşən Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) İran banklarına və maliyyə şirkətlərinə xidmət göstərməyi dayandırması gözlənilir. Hazırda on minə yaxın bank və maliyyə şirkətinə xidmət göstərən SWIFT-in xidmətindən İranın 40-dan çox bank və maliyyə şirkəti istifadə edir. Ötən həftə şirkət Aİ-nin hazırladığı yeni sanksiyalar qüvvəyə minəcəyi təqdirdə İran banklarına və maliyyə şirkətlərinə xidmət göstərməyi dayandıracağını açıqlayıb.
Eyni zamanda Aİ Suriya Mərkəzi Bankının, bu ölkənin rəsmi, həmçinin hüquqi və fiziki şəxslərinin aktivlərini dondurmaq, quruma üzv ölkələrlə Suriya arasında qızıl və qiymətli metal ticarətinin və bu ölkəyə səyahətin qadağan edilməsini planlaşdırır. Aralarında nazirlər də olmaqla sanksiyaların yeni adlarla genişlədiləcəyi bildirilib. Sadəcə Aİ-yə üzv ölkələr arasında fikir ayrılığı olması səbəbindən Suriyadan fosfat ixracının sanksiyalardan kənarda qalacağı qeyd olunub.
Qeyd edək ki, Aİ Suriya prezidenti Bəşər Əsəd və yaxınları da daxil olmaqla 100 nəfərə yaxın şəxsə sanksiya tətbiq etmiş, ötən ilin sentyabr ayında da bu ölkədən neft idxalını dayandırıb.

Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |