24.02.2012 [01:44] - Diaspor
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar dünyanın əksər ölkələrində olduğu kimi, İsraildə də anma mərasimi keçiriləcək.
“İsrail-Azərbaycan” Beynəlxalq Assosasiyasının mətbuat katibi, beynəlxalq münasibətlər sahəsində ekspert Arie Qut bildirib ki, fevralın 27-də İsraildə ilk dəfə olaraq Xocalı soyqırımı qurbanlarının xatirə gününə həsr edilmiş “İsrail-Azərbaycan: strateji ittifaq” adlı elmi praktiki konfrans keçiriləcək.
“İsrail-Azərbaycan” Beynəlxalq Assosasiyasının Netanya Akademik Kollecinin Strateji Dialoq üzrə S.Daniel Abraham Mərkəzi ilə birgə təşkil etdiyi konfrans çərçivəsində Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) təşkilatçılığı və dəstəyi ilə Xocalı soyqırımına həsr olunmuş fotosərgi keçiriləcək.
Sərgidə Heydər Əliyev Fondunun hazırladığı kitablar, foto, video materiallar, eləcə də Azərbaycan Prezidenti Admnistrasiyasının və AzərTAc-ın birgə layihəsi əsasında hazırlanmış və ingilis, rus, fransız, alman və ərəb dillərinə tərcümə olunmuş “Xocalı XX əsrin soyqırımı” kitabı, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı bröşürlər, audio-video materiallar nümayiş etdiriləcək.
Konfransda İsrail Knessetinin və Azərbaycan Respublikası Milli Məclisinin deputatları, elm adamları, elmi araşdırma mərkəzlərinin nümayəndələri, aparıcı politoloqlar, Xarici İşlər Nazirliyinin nümayəndələri və İsraildə fəaliyyət göstətərən diplomatik nümayəndəliklərin rəhbərləri iştirak edəcəklər.
İsrail professorları Efraim Sne, Zvi Arad, Eldad Pardo, Avinoam İdan, Xen Bram, Knessetin İsrail-Azərbaycan parlamentlərarası əlaqələr komissiyasının sədri deputat Robert İlatov, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, “İsrail-Azərbaycan” Beynəlxalq Assosasiyasının mətbuat katibi, beynəlxalq munasibətlər sahəsində ekspert Arie Qut, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman və başqaları çıxış edəcək, Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşəcəklər.

Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |