16.06.2016 [16:21] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkilləri hesab edirlər ki, daha yaxın əməkdaşlıq müstəvisində olan münasibətlər bundan sonra da uğurla davam etdirilməlidir
Son günlər baş verən proseslər onu deməyə əsas verir ki, Qərbin dörd əsas ölkəsindən üçü - ABŞ, Böyük Britaniya və Almaniya Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələrə, ölkəmizdə həyata keçirilən islahatlara tam dəstək ifadə edir. Hər üç dövlət Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirir, dəstək ifadə olunarkən Prezident İlham Əliyevin ardıcıl siyasətini xüsusi olaraq qeyd edirlər. Dövlət başçımızın ölkənin sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlılığın və qanunun aliliyini gücləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımları təqdirəlayiq hesab edirlər. Bu kontekstdə Qərbin digər dördüncü aparıcı ölkəsi olan Fransanın Azərbaycanla xüsusi əlaqələri, dəstəyi də göz önündədir. Bütün bunlar sübut edir ki, Azərbaycanın Qərblə münasibətləri daha yaxın əməkdaşlıq və tərəfdaşlıq müstəvisindədir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycan Qərblə hər zaman yüksək səviyyəli münasibətlərin qurulmasının tərəfdarlı olub, xarici siyasətində bu amilə xüsusi önəm verib. Millət vəkilinin sözlərinə görə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasi xətt hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir: "Bütün bunlara rəğmən, bəzən Qərb Azərbaycana qarşı münasibətdə ədalətsizliyə, ikili standartlara yol verib. Antiazərbaycan qüvvələrin fəallığı, erməni lobbisinin, erməni diaspor təşkilatlarının təsiri altında olan siyasətçilərin, ayrı-ayrı dövlət məmurlarının fikir və bəyanatları, davranışları bu zaman mühüm rol oynayıb. Bu səbəbdən ABŞ-da, eləcə də Avropa ölkələrində bir sıra hallarda Azərbaycana qarşı qeyri-obyektiv, haqsız münasibət sərgilənib. Halbuki, bu günə qədər Azərbaycan öz xarici siyasətində bütün dövlətlərə, o cümlədən Amerikaya və Avropa ölkələrinə səmimiyyət nümayiş etdirib, ölkələrimiz arasındakı münasibətlərə hər hansı formada xələl gətirəcək addımlar atmayıb. Lakin yenə də qarşı tərəf ən müxtəlif bəhanələrlə Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirib. Hansısa jurnalistin peşə fəaliyyətinə görə deyil, cinayət əməli törətməsinə görə həbs olunmasını ölkədə söz-mətbuat azadlığının, insan haqlarının pozulması kimi qələmə verməyə çalışıblar. Hətta bundan sui-istifadə edən bəzi beynəlxalq təşkilatlar Azərbaycana təzyiq və təsir göstərməyə də cəhdlər ediblər”.
Deputat F.Ağamalı bildirib ki, Azərbaycan bir dövlət olaraq müstəqil siyasi kursundan heç zaman geri çəkilməyib. Onun fikrincə, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün də bu siyasi kurs həyata keçirilməkdədir: "Bütün bunlar nəticəsində ölkəmiz Qərbi inandıra bilib ki, Azərbaycan demokratik inkişaf yolu ilə getmiş bir ölkədir, bütün sahələrdə plüralizm prioritet təşkil edir. Azərbaycan bütün sahələrdə, o cümlədən siyasi-iqtisadi, hüquqi, sosial sahələrdə Qərbə inteqrasiyada çox maraqlıdır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayır və bu istiqamətdə addımlar atarkən siyasi konyukturanı heç zaman önə çəkməyib. Beləliklə də Qərb Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyinin, etibarlı tərəfdaş olduğunun fərqinə varıb. Ümid edirik ki, bundan sonra Qərb Azərbaycanın aparmış olduğu sistemli, ardıcıl və birmənalı demokratik inkişaf yoluna dəstək verəcək, ölkələrimiz arasındakı münasibətlər daha yüksək səviyyəyə çatdırılacaqdır. Biz çox arzu edərdik ki, yaranmaqda olan yeni situasiyada Qərb Azərbaycan qədər bu münasibətlərə sadiq olsun”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev isə mövzu ilə bağlı qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın siyasi kursu olduqca praqmatikdir. Millət vəkilinin qənaətinə görə, Azərbaycan həm xoş qonşuluq siyasəti yürüdür, həm də Qərbə - mütərəqqi dəyərlərə inteqrasiya etmək xəttini əsas tutur: "Azərbaycan bu istiqamətdə öz dəyərlərini də dünyaya çatdırır. Konkret olaraq multikulturalizm sahəsində əldə etdiyi dəyərləri, bunu təbliğ etməsini misal göstərmək olar. Azərbaycan demək olar ki, bütün sahələrdə Qərb ölkələri ilə əməkdaşlıq edir. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında, Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycan olduqca fəal addımlar atır. Eyni zamanda beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin qurulmasında, sivilizasiyalararası, dinlər, mədəniyyətlərarası dialoqun qurulmasında da Qərb dövlətləri ilə əməkdaşlıq göz önündədir. Azərbaycan Qərbin üstünlük verdiyi mütərəqqi dəyərlərin aparıcı fiquruna, dünyaya nümunə olacaq dövlətə çevrilməkdədir. Bunlar kiminsə bizdən tələbi deyil. Bu, bizim həyat tərzimizdir”.
Deputat bildirib ki, hansısa məqamlarda Azərbaycan Avropa İttifaqı ölkələrinə müəyyən formada etirazını bildirib. Bu isə Avropa təsisatlarının Azərbaycan reallıqlarına, milli maraqlarına, Dağlıq Qarabağ probleminə ögey münasibət bəsləməsindən irəli gəlib: "Bu, Azərbaycanın haqlı etirazı idi. Çünki, əgər biz hansısa dövlətlə əməkdaşlıq ediriksə, bu gerçəkdən bir səmimiyyətə söykənməlidir. Azərbaycanın digər dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığı kimi, Qərb də ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşmalıdır. Bizim bədxahlarımız da uzun müddət çalışdılar ki, Azərbaycanla Qərb arasındakı münasibətlərə xələl gətirsinlər. lakin sevindirici haldır ki, bu, baş vermədi. İnanıram ki, bundan sonra sözügedən münasibətlər inkişaf edəcək, strateji tərəfdaşlıq və əməkdaşlıq səviyyəsində davam etdiriləcəkdir”.
Rufik İSMAYILOV

Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |