17.06.2016 [00:18] - Gündəm, Sosial
Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) "Formula 1" Avropa Qran Prisinin yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədilə yollarda təhlükəsizliyin təmin edilməsi üçün gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə BŞDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədov bildirib ki, artıq adıçəkilən tədbirlə əlaqədar paytaxtın küçə və prospektləri nəzarətə götürülüb:
"Yol polisləri artıq Bakı Şəhər Halqası üzrə sıxlıq və tıxacların yaranmaması üçün gücləndirilmiş iş rejimində xidmət aparır. Tədbirin keçirilməsi ilə əlaqədar yollarda artıq məlumatverici, xəbərdaredici və istiqamətləndirici yol nişanları da quraşdırılıb. Tədbir başlayan gündən şəhərin bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti dəyişdiriləcək. Belə ki, Lermontov küçəsindən hərəkət Əhməd Cavad küçəsi ilə Azərbaycan küçəsinin kəsişməsinədək birtərəfli təşkil edilib. Səməd Vurğun küçəsində isə Füzuli küçəsi ilə kəsişmədən Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməyə qədər olan hissəsinədək əks istiqamətli hərəkət təşkil edilib. Həmçinin Azərbaycan prospektindən Nizami küçəsinin kəsişməsinədək hissəsində əks istiqamətli hərəkət təşkil olunub".
Bayıl, 20-ci sahə qəsəbələrindən şəhərə gəlmək üçün dağüstü yolla Badamdar qəsəbəsi istiqamətinə və yaxud Qurban Abbasov, Xanlar və Teymur Elçin küçələri ilə hərəkət müəyyənləşdirilib.
Həmçinin bölgələrdən paytaxta və Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət 3-cü Kənar Dairəvi yol vasitəsilə 20 Yanvar dairəsindən keçməklə Ziya Bünyadov prospekti ilə tənzimlənir.
V.Əsədov bildirib ki, yol polisi tədbir tam başa çatana qədər gücləndirilmiş iş rejimində işləyəcək.

Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |