17.06.2016 [11:50] - Gündəm, Mədəniyyət
Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri görkəmli ictimai xadim, Azərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından biri Həmidə xanım Cavanşirin - Məmmədquluzadənin Kəhrizli kəndindəki ev muzeyinə ekskursiya ediblər.
Məktəblilər əvvəlcə Həmidə xanımın kənddəki büstünü ziyarət edib, önünə gül-çiçək qoyublar. Sonra ev muzeyinə gələn şagirdlər Həmidə xanımın yadigarı olan eksponatlarla tanış olublar. Həmidə xanımın həyat və fəaliyyətini əks etdirən fotolar, plakatlar, əl işləri, məişət əşyaları (divar saatı, şamdan, kömür ütüsü, çıraq, güldan, qablar), əlyazmalar, Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri, qəzet və jurnallar, xatirə albomu, evin qarşısındakı daşdan yonulan qoç fiquru şagirdlərin böyük marağına səbəb olub.
Muzeyin müdiri Zeynəb Quliyeva ekskursiya iştirakçılarına məlumat verilib ki, Həmidə xanım Cavanşir 1873-cü ildə bu evdə - Qarabağ xanı Pənahəli xan Cavanşirin nəticəsi Əhməd bəyin ocağında dünyaya gəlib. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetməlik illərində rus dilini səlis öyrənərək o dövrün qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşünə malik olub.
1905-ci ildə atasının şeirlər kitabını nəşr etdirmək üçün Tiflisə gedən Həmidə xanım burada Cəlil Məmmədquluzadə ilə tanış olub. 1907-ci ildə Həmidə xanım Mirzə Cəlillə ailə qurub və ədibin ömrünün sonunadək çətin və keşməkeşli həyat yollarında həmişə ona dayaq olub.
Həmidə xanım Kəhrizli kəndində kəhriz vurdurub, toxuculuq emalatxanası, məktəb açıb və burada dərs deyib. O, yoluxucu xəstəliklərə qarşı peyvənd etməyi, həmçinin həmin xəstəliklərə tutulanlara yardım göstərməyi öyrənərək kəndliləri müalicə edib. Böyük xeyriyyəçi kimi yaddaşlara həkk olunan Həmidə xanım tək Kəhrizli kəndinin deyil, ətraf kəndlərdən də kömək üçün pənah gətirən insanlarının əlindən tutub, o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll edib.
1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunub.
Həmidə xanımın evi Sovet hakimiyyəti illərində əvvəlcə orta məktəb, sonra isə musiqi məktəbi kimi fəaliyyət göstərib. 1990-cı illərin əvvəllərində isə məcburi köçkünlər məskunlaşıb. 2005-ci ildə təmir edilən evdə muzey yaradılıb. Muzeyin 4 ekspozisiya salonunda ümumilikdə 200-ə yaxın eksponat nümayiş etdirilir.
Həmidə xanım Cavanşirin ev muzeyinə ekskursiya müəllim və şagirdlər üçün yaddaqalan və mənalı olub.

Bu xəbər oxucular tərəfindən 1041 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |