17.06.2016 [15:38] - Gündəm, İdman
“Bu gündən Azərbaycan növbəti beynəlxalq və əhəmiyyətli yarışmaya ev sahibliyi edir. “Formula 1” yarışmasının Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var”.
Bu fikirləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov deyib.
O əlavə edib ki, yarışmanın Azərbaycanda təşkil olunması, ilk növbədə, Azərbaycanın nüfuzunu göstərir və dövlətimizə olan etimadla bağlıdır: “İdman həm də bir siyasətdir. Belə beynəlxalq səviyyəli populyar idman yarışları harada keçirilirsə, dünyanın diqqəti də ora yönəlir. Bu baxımdan da Formula 1-in Bakıda keçirilməsi dünyanın diqqətinin burada olacağı anlamına gəlir. Belə olan halda, həm də xarici media Azərbaycanla bağlı xəbərlərə üstünlük verir ki, bu da ölkənin təbliğatı üçün böyük strateji əhəmiyyət daşıyır. Eyni zamanda yarışın yüksək səviyyədə təşkil olunması Azərbaycanın imicini daha da möhkəmləndirir”.
A.Acalov bildirib ki, ölkənin tanınması həm də iqtisadi sahədə irəliləyişlər üçün dividendlər qazandırır: “Yarışmanı televiziyada izləyən əcnəbilər Azərbaycanı daha yaxından görmək istəyir ki, bu da yaxın perspektivdə ölkəyə turistlərin cəlb edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin yarışmaya gələn və hazırda Azərbaycanda olan turistlərin özləri də Azərbaycan iqtisadiyyatına töhfə verirlər. Bu cür yarışmaların burada təşkil olunması Azərbaycanın uğurudur”.

Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |