24.02.2012 [13:48] - Siyasət
İran İslam Respublikasının ilk prezidenti Əbülhəsən Bənisədr xalqa müraciət edib.Əbülhəsən Bənisədr xalqı bu ilin martında keçiriləcək parlament seçkisini boykot etməyə çağırıb.
Bənisədr islam inqilabından bir il sonra - 1980-ci ilin fevralında ölkə prezidenti seçilib. Ancaq az sonra onunla İslam Respublikası Partiyasının üzvləri və İran İslam Respublikasının qurucusu ayətullah Xomeyni arasında ixtilaflar yaranıb. Əbülhəsən Bənisədr 1981-ci il iyunun 21-də impiçment yolu ilə prezident postundan uzaqlaşdırılıb. Bundan sonra o, Fransaya mühacirət edib.
Bənisədr Fransadan ünvanladığı müraciətində İran xalqını keçmişdən dərs almağa çağırıb: “Əziz həmvətənlərim! İki il əvvəl prezident seçkisi keçiriləndə sizə xəbərdarlıq etdim ki, seçkiyə qatılsanız, vəziyyətiniz dörd il ərzində daha da pisləşəcək. Belə də oldu. Siz seçkidəki böyük saxtakarlığı öz gözlərinizlə görüb hərəkata başladınız. Lakin bunun bir nəticəsi olmadı. Bugünkü durumunuzu iki il əvvəllə müqayisə edin. Görün ölkənin iqtisadiyyatı nə gündədir. Bir dollar olub 2 min tümən, işsizlik baş alıb gedir, həyat daha da çətinləşib, bahalıq dözülməz həddə çatıb, iqtisadi çətinlik artıb, xarici sanksiyalar və təhdidlər ölkəyə sərmayə qoyuluşunu, demək olar ki, qeyri-mümkün edib.
İctimai vəziyyətə baxın. Problemlər, zorakılıq hər yeri bürüyüb. Bu zorakılıq artıq insanlar arasındakı münasibətlərə də təsir göstərir. Bir özünüzdən soruşun ki, bəs hanı o mənəviyyat? Vaxtilə İran əxlaq ölkəsi idi. İslama qədərki dövrdə də, sonrakı dövrdə də əxlaq və nəsihətnamə mövzusunda kitabların çoxu bu torpaqlarda yazılıb. Bəs indi hanı o əxlaq? Hanı o mənəviyyat? Hanı o mənəvi insan?
Ölkənin siyasi durumuna baxın. Siyasi atmosferi boğanaq içində saxlayaraq birabırçı bir seçki keçirmək istəyirlər. Bu seçki rejimin bundan əvvəl keçirdiyi seçkilər içində ən biabırçısı olacaq. Rejim təbliğat aparır ki, seçkiyə qatılmasanız, xarici qüvvələr, o sıradan Amerika və İsrail İrana hücuma keçəcək. Halbuki məsələ tam əksinədir. Seçkiyə qatılmamaqla müstəqil şəxsiyyətə, azad düşüncəyə malik olduğunuzu, öz müqəddəratınızı təyin etmək istədiyinizi, bu ölkənin əsl vətəndaşı olduğunuzu dünyaya sübut edin, rejimi istəmədiyinizi nümayiş etdirin. Ölkəyə xarici hücumun qarşısını məhz bu yolla almaq olar”.

Bu xəbər oxucular tərəfindən 1561 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |