21.06.2016 [00:29] - Gündəm, İdman
Polşanın Spala şəhərində qadın güləşi üzrə “Poland Open” XX beynəlxalq turniri başa çatıb.
Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yarışda Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (hamısı 58 kq) iştirak ediblər.
Güləşçilərimiz turniri 1 qızıl və 2 bürünc medalla başa vurub.
Turnirdə 48 kiloqram çəkidə mübarizə aparan komandanın lideri Mariya Stadnik bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına yiyələnib.
Bürünc medalları isə yığmamıza Anjela Doroqan (53 kq) və Nataliya Sinişin (58 kq) qazandırıb. Nataliya Sinişin üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Yuliya Ratkeviçdən üstün olub.

Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |