21.06.2016 [10:14] - Xəbərlər, Mədəniyyət, Diaspor
2016-cı il iyunun 19-da Kanadanın paytaxtı Ottava şəhərinin Minto Parkında Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin və Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin birgə təşəbbüsü ilə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsini yad etmək üçün mərasim təşkil edilib.
Səfirlikdən verilən məlumata əsasən, mərasimdə Ottava və Toronto şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri və kanadalı qonaqlar iştirak edib.
İlk oncə “Qarabağ” məktəbinin şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Mübariz İbrahimovun nümayiş etdirdiyi qəhrəmanlıq və cəsurluğun xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib. R.Hüseynli vurğulamışdır ki, Mübariz təkcə Azərbaycan deyil, bütün dünya türkləri üçün əsl qəhrəmanlıq nümunəsi oldu. Müvəqqəti işlər vəkili Mübarizin haqsızlığa, zülmə, torpaqlarımızın işğalına dözə bilmədiyinə görə təkbaşına düşmən ordusu üzərinə hücum etdiyini, yüzdən artıq düşmən əsgərini məhv etdiyini və sona qədər savaşaraq, 22 yaşında şəhidlik zirvəsinə yüksəldiyini söylədi. Çıxışının sonunda R. Hüseynli Mübariz İbrahimovun ata və anası üçün geridə buraxdığı qısa məktubu da toplaşanların diqqətinə çatdırdı.
Sonra “Qarabağ” məktəbinin direktoru Vüsalə Əhmədova çıxış edərək, Mübariz İbrahimovun həyatı barədə mərasim iştirakçılarını ətraflı məlumatlandırdı.
Tədbirin sonunda Mübariz İbrahimov başda olmaqla bütün şəhidlərimizin xatirəsini daima yaşatmağın hər biri Azərbaycanlının borcu olduğu barədə fikir mübadiləsi aparıldı.
Tədbir çərçivəsində qonaqlara və parkda istirahət edən vətəndaşlara Mübariz İbrahimovun həyatı haqqında broşürlər paylanılmışdır.

Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |