Şrift:
Avro-2016: Almaniya və Polşa da 1/8 finalda
22.06.2016 [04:03] - Gündəm, İdman
Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsinin son oyunları keçirilir.

C qrupunda Almaniya və Şimali İrlandiya komandaları qarşılaşıblar.

30-cu dəqiqədə Mario Qomes almanları önə keçirib. Təəccüblü olsa da, bu, oyunda yeganə qol olub.

Qrupun digər oyununda isə Polşa Ukraynanı Blaşikovskinin qolu ilə məğlub edib - 1:0.

Beləliklə, C qrupunda 7 xallı Almaniya birinci, eyni xal toplayan Polşa ikinci, 3 xalla İrlandiya isə üçüncü yeri tutub. Ukrayna 3 oyundan 0 xal və 0 qolla sonuncu olub.
Bu xəbər oxucular tərəfindən 610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed