24.02.2012 [15:58] - Gündəm
Bakı Yol Polisi çirkli avtomobillərə qarşı reydlərə başlayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, qarlı-şaxtalı hava şəraitindən sonra paytaxt yollarında hərəkətdə olan avtomobillərin dövlət nömrə nişanın və avtomobillərin zahiri görkəminin çirkli olması halları geniş yayılıb.
Bu halların aradan qaldırılması məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt küçələrində bu gündən reydlərə başlayıblar.
Bu halların inzibati xəta olduğunu vurğulayan Əsədov sürücülərə avtomobilləri və onların dövlət nömrə nişanlarını təmiz saxlamağı tövsiyə edib.
Qeyd edək ki, belə hallar İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinin pozuntusu hesab edilir.
Məcəllənin 155.1.6-cı maddəsinin tələbinə görə, nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət etməyə icazə verilmir.
155.1.7-ci maddədə qeyd olunur ki, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması vacibdir.
Bu qayda pozuntularına yol vermiş sürücülər on manatdan iyirmi manatadək miqdarda cərimə ediləcəklər.
DAVAM,AZ-dan sual: - Bakının yollarının çirkdən və palçıqdan təmizlənməsinə kim baxacaq?

Bu xəbər oxucular tərəfindən 1128 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |