23.06.2016 [14:57] - Gündəm, Sosial
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağdaş və Göyçay rayonlarında 5 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni evlərin təqdim olunması zamanı ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulanıb. Qeyd olunub ki, Azərbaycanda uğurla davam etdirilən mühüm sosial poqramlardan biri də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin edilməsinə yönəlib. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bütün bölgələrində bu istiqamətdə məqsədyönlü işlər aparılır. Nazirlik tərəfindən keçən il 281 nəfər, cari ilin ötən dövründə isə 200 nəfərdən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilib.
Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün Bakıda və bölgələrdə yeni çoxmənzilli və fərdi yaşayış binalarının tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir olunması yönündə işlər davam etdirilir. İnşa olunan hər bir evdə müasir tələblərə uyğun normal yaşayış şəraiti yaradılır.
Tədbirlərdə iştirak edən yerli ictimaiyyətin nümayəndələri Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə aparılan uğurlu sosial-iqtisadi siyasətin, habelə regionların inkişafı yönündə həyata keçirilən kompleks tədbirlərin əhali tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıblar. Onlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarının maddi təminatlarının gücləndirilməsi üçün də mühüm addımların atıldığını, Azərbaycan dövlətinin sosial bir dövlət kimi hər bir vətəndaşının qayğısına qaldığını qeyd ediblər.
Yeni fərdi yaşayış evlərinin təqdim olunduğu Qarabağ müharibəsi əlilləri hər bir sahədə daim Prezident qayğısını hiss etdiklərini vurğulayıblar. Onlar müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə aparılan işlərdən razı qaldıqlarını vurğulayıb, bütün bu işlərə və yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |