24.06.2016 [09:43] - Gündəm, Sağlıq
Astara və Lənkəran rayonlarında mövcud olan meşə sahələrində şümşad, dəmirağac və palıd ağaclarının müxtəlif zərərvericilərə yoluxması faktı aşkar olunub.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən meşə ağacları zərərvericilərinin kənd təsərrüfatı bitkiləri əkilmiş sahələrə və digər yaşıllıq zonalarına yayılmasının qarşısını almaq məqsədilə kimyəvi mübarizə tədbirlərinə başlanılıb.
Vəziyyətin ciddiliyini nəzərə alan Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi mərkəzinin yerli qurumunun əməkdaşları əvvəlcə Astara rayonunun Təngərüd, Maşxan, Sərək, Siyətük, Pensər və Kiyəbə yaşayış məntəqələri yaxınlığında yerləşən 85 hektar sahəni əhatə edən meşə zolağında zərərvericilərə qarşı ilkin mübarizə tədbirlərinə başlayıblar.
Mübarizə tədbirləri daha sonra Lənkəran rayonunun Boladi, Hirkan, Xanbulan, Cil, Xarxatan, Osaküçə yaşayış məntəqələrinə yaxın olan və 35 hektar əraziyə malik olan meşə fondlarında davam etdirilib. Hazırda adıçəkilən ərazilərdə genişmiqyaslı mübarizə tədbirləri davam etdirilir.
Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycan Respublikasının Meşə Məcəlləsinə uyğun olaraq, ölkə ərazisindəki meşə fondlarının mühafizəsi və qorunması tədbirlərinin birgə aparılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib.

Bu xəbər oxucular tərəfindən 881 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |