Şrift:
Daha iki Azərbaycan cüdoçusu Avropa çempionatında medal qazanıb
25.06.2016 [00:41] - Gündəm, İdman
Cüdo Federasiyası xəbər verir ki, Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında keçirilən Avropa çempionatının ikinci günündə Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb.

60 kq çəki dərəcəsində çıxış edən Vüqar Hüseynov bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Müşviq Cəfərov isə gümüş medala sahib olub.

Xatırladaq ki, Avropa çempionatının ilk günündə Fərhad Rəcəbli (90 kq) qızıl medal əldə edib.
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed