Şrift:
Eşton: «AB Suriyaya qarşı sanksiyaları genişləndirəcək»
25.02.2012 [10:34] - Gündəm
Avropa Birliyi fevralın 27-də Suriyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır. Bu barədə AB diplomatiyasının şefi Ketrin Eşton bəyan edib. Fevralın 27-də Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Fransanın xarici işlər naziri Alen Jüppe yeni sanksiyalar çərçivəsində Suriya Mərkəzi Bankının aktivlərinin dondurulacağını bildirib.
Həmçinin yeni sanksiyalar arasında Suriyaya fosfat, qızıl, digər qiymətli metalların və almaz ixracı və oradan idxalı qadağan ediləcək.
Bu xəbər oxucular tərəfindən 1137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed