28.06.2016 [11:19] - Gündəm, Türk dünyası-Turan, DAVAMın yazıları
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız,
Sevincimiz-məlalımız.
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Ana yurdda-yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
B.VAHABZADƏ
Böyük vətənpərvər şairimiz Bəxtiyar Vahabzadənin bu şeirini hər dəfə oxuyanda necə də kövrəlir, necə də fərəh hissi duyuram. Bu bir neçə misradan ibarət şeirdə nə çox məna, nə çox anlam, nə böyük dünya varmış. Mərhum şairimiz bu şeirini yazarkən əminəm ki burdaki hər bir kəlməni dəfələrlə yaşamış, içdən-içə sarsıntı keçirmiş, bütün ruhuyla bu şeirin varlığına bağlanmışdır. Çünki bu şeirdə yalnız sözlər deyil, eyni zamanda bir millətin tarixi, dini-ideoloji sistemi və etnik, milli kimliyi var. Əsrlərin qüdrətli milləti Türkün özü, özəyi var bu şeirdə...
Bu yazımı son zamanlar artmaqda olan, illərdir var olan “Türkiyə düşmənçiliyi” və Azərbaycanla Türkiyənin dostluğuna, qardaşlığına xələl gətirilməsini istəyən təbliğata qarşı yazmağı özümə borc bildim. Çünki hər şeydən öncə dövlətçiliyimiz və millətçiliyimiz üçün bu kimi problemlərin ortadan qaldırılmasını istəyirəm. Bu anti-Türk təbliğatı, bu mənasız Türk düşmənçiliyi həm ölkəmizin xaricində, həm də əfsuslar olsun ki ölkə daxilində illərdir sistemli şəkildə idarə edilərək davam etdirilir. Heç bir şübhə də yoxdur ki, bu anti-milli təbliğatın arxasında bəzi Avropa dövlətləri, Rusiya, Çin və əlbəttə ki İran var. Özəlliklə İranın həm Bölgəsəl İmperializmi (İranın bölgədə - Yaxın Şərqdə maraqları), həm hazırki fars hakimiyyətinin əzəli Türk nifrəti bu qıcıq yaradan, bölgənin taleyini, dolayısıyla dünya barışını təhlükədə qoyan təbliğat sistemini işə salır və idarə edir. Bu təbliğata həm bilərəkdən qoşulan (çoxunluğu qeyri Türklər olmaqla), həm də bilməyərəkdən İranın və Rusiyanın güclü kəşfiyyat “makinələrinin” oyununa aldanan saf insanlar rəvac verir. Sırf ona görədir ki, illərdir dövlətlərimizin və dövlət başçılarımızın uğurlu siyasətinə baxmayaraq aramızda – Azərbaycan və Türkiyə cəmiyyətləri arasında müxtəlif bəhanələrə, müxtəlif oyunlara dayanan, amma əslində heç bir milli mahiyyət kəsb etməyən mövzular bitmək bilmir. İstər siyasi, istər ictimai quruluş baxımından, istərsə də məzhəbsəl-dini baxımdan qarşıdurmalar yaradan fikirlər, mövzular hər iki dövlətin ictimai rəyinə, toplumsal düşüncəsinə yüksək dərəcədə təsir etməkdədir. Bu təsir zaman-zaman böyüyərək iki qardaş, dost ölkə arasında müəyyən incikliklərə, narazılıqlara gətirib çıxarır. Bu da bütün Türklərin – dünya Türklərinin milli, siyasi, ictimai arzularının gerçəkləşməsinə imkan vermir, Türk dövlətlərinin güclənməsinə əngəl olur. Və burda qazanan çox təəssüf ki bölgədə maraqları toqquşan, Türklərin şanlı tarixini, varlığını yüzillərdir həzm edə bilməyən digər millətlər olur. Amma təhlil etdiyimiz zaman, dərindən düşündüyümüz zaman iki qardaş ölkə arasında sarsılmaz, əzəli və əbədi bağların da olduğunu görərik.
Türkiyə - Azərbaycan əsrlərdir, tarixi, dini-ideoloji, etnik-milli kimlik açısından daima bir, öz və bütöv vətən yurdudur. Tarixən aramızda dövlətlərimizin siyasi maraqları üzündən bəzi qarşıdurmalar olsa da, heç bir zaman, tarixin heç bir kəsiyində nə bir-birimizə düşmən olmuşuq, nə də incikliyimiz o səviyyəyə gəlib çatmışdır. Biz daima bir-biriylə gərəkdiyində dalaşan, gərəkdiyi zaman qucaqlaşan iki qardaş olmuşuq. Dilimiz, dinimiz, milli kimliyimiz bir olduğu üçün aramızdaki bütün küskünlüklər qısa müddətli olmuş, daima hər bir işdə bir-birimizə arxa dayaq, dəstək olmuşuq. Özəlliklə xalqlarımız, dövlətlərimizin zaman-zaman anlaşmamazlıq etməsini önəmsəməmiş, aramızda savaş olduğu vaxtlar belə bir-birimizə olan sevgimiz azalmamışdır. Bu fakt tarixdə dəfələrlə özünü göstərmişdir. Səfəvi-Osmanlı müharibəsinin hər hansı dövlət tərəfindən tam qalibiyyətlə sonuçlanmamasının da əsas səbəbi budur. Sonraki Əfşar, Qacar, Cümhuriyyət dönəmlərində də aramızdaki qardaşlıq prinsiplərini davam etdirmiş, dəfələrlə bədxah qonşularımızın bizə qurduğu tələləri məhv etmişik. Hökmdarlarımızın, dövlət başçılarımızın bir-birinə sonsuz sevgisi, inamı, səmimi bağlılığı da qardaşlığımızın simgəsi olmuşdur. Azərbaycandan mərhum M. Rəsulzadə, N. Nərimanov, Ə. Elçibəy, H. Əliyev; Türkiyədən M.K. Atatürk, Turqut Özal, B. Ecevit və S. Dəmirəlin bir-birilərinə olan səmimi münasibəti, saf sevgisi, həqiqi inamı da dövlətlərimizin sarsılmaz və əbədi birliyindən xəbər vermişdir. “Qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar”, “biz, bir millət iki dövlətik” və s. kimi ifadələr də dövlət başçılarımızın milli-mənəvi dəyərlərimizə, milli birliyimizə, qardaşlığımıza verdiyi böyük önəmin göstəricisidir.
Əlavə olaraq deyə bilərəm ki, özəlliklə müstəqilliyimizin bərpasından bu yana ölkələrimizin qarşılıqlı münasibəti və siyasi strategiyası bütün dünyaya xalqlarımızın qardaşlığını, dövlətlərimizin əbədi müttəfiqliyini və millətimizin ümummilli birliyini göstərməyə davam edir. Son “aprel döyüşləri”, qondarma “erməni soyqırımı” və Yaxın Şərqdəki hadisələrin önəm kəsb etdiyi məsələlərdə dövlət başçılarımızın milli tutumu, bir-birinə dəstəyi bir daha sübut etdi ki, aramızı vurmağa, münasibətlərimizi korlamağa çalışan düşmən qüvvələrinin və onların agenturalarının aramsız hücumlarına, cəhdlərinə baxmayaraq, biz həqiqətən də “bir millət iki dövlətik. bir ananın iki oğluyuq.” Bizi bir-birimizdən ayırmağa kimsələrin gücü yetməz. Biz bunu tarixdə dəflərlə sübut etmişik və bundan sonra da isbatlamağa davam edəcəyik.
Yaşasın və daima var olsun müqəddəs vətən Turana doğru yan-yana, çiyin-çiyinə addımlayan Azərbaycan-Türkiyə. Tanrı bu birliyimizi qorusun və əzəl qılsın! Tanrı Türkü ucaltsın!
Elşən İsmayıl

Bu xəbər oxucular tərəfindən 2071 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |