25.02.2012 [12:12] - Gündəm
İranda parlament seçkilərinə seçki kampaniyası rəsmi olaraq başlayıb. Namizədliyini irəli sürümüş çoxlu sayda islahat tərəfdarı qeydiyyata alınmayıb.
Hakimiyyətə tamamilə yiyələnmiş sərt xətt tərəfdarları, yaxud mühafizəkarlar arasında mübarizə kəskinləşib. Lent.az-ın “Aziatskiy reportyor”a istinadən məlumatına görə, martın 2-də 290 yerlik parlament uğurunda seçki keçirilməsi planlaşdırılıb.
5400 vətəndaş namizədə kimi qeydə alınmaq istəyib. Onların 3444-ü Nəzarət Şurasının “süzgəcindən” keçərək, namizəd kimi seçki kampaniyasında iştirak edəcək. Xatırladaq ki, 2009-cu ilin prezident seçkisindən sonra müxalifət kimi tanınan “yaşıllar”da bu kampaniyanı boykot edib.
Ötən gün isə İran İslam Respublikasının hazırda Fransada mühacir həyatı yaşayan ilk prezidenti Əbülhəsən Bənisədr ölkə vətəndaşlarına müraciətində parlament seçkisini boykota çağırıb. O, inqilabdan bir il sonra - 1980-ci ilin fevralında ölkə prezidenti seçilib. Bir il sonra isə İslam Respublikası Partiyasının üzvləri ilə ayətulla Xomeyni arasında ixtilaflar yaranıb. Əbülhəsən Bənisədr 1981-ci il iyunun 21-də impiçment yolu ilə prezident postundan uzaqlaşdırılıb. Bundan sonra o, Fransaya mühacirət edib.

Bu xəbər oxucular tərəfindən 1163 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |