Şrift:
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
25.02.2012 [12:50] - Xəbərlər
Fevralın 24-də ABŞ-dakı Azərbaycan və türk diasporunun üzvləri Nyu-York və Vaşinqtonda Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş aksiyalar keçiriblər.
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Nyu-Yorkdakı Azərbaycan Cəmiyyəti dinc aksiya keçirib, Xocalı qurbanlarını yad edib. Onlar ermənilərin törətdiyi kütləvi qətlləri və qəddarlıqları ittiham edən plakatları nümayiş etdiriblər. Diaspor üzvləri beynəlxalq ictimaiyyətə müraciət edərək, Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını istəyiblər.
Bundan başqa, diaspor üzvləri Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmasını tələb ediblər.
Nyu-York və Vaşinqtonun bəzi metro stansiyaları və küçələrində ermənilərin Azərbaycana qarşı təcavüzünü əks etdirən yüzlərlə Xocalı posteri də nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 1252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed