30.06.2016 [02:56] - Gündəm, İdman
Azərbaycan gimnastları Qazaxıstanın Pavlodar şəhərində 25-27 iyun tarixlərində keçirilən “İrtışskiye Zorı” adlı beynəlxalq turnirdə akrobatika gimnastikası üzrə yarışlarda uğurla çıxış ediblər. Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat verir.
12-18 yaş qrupunda çıxış edən qarışıq cütlük Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı rəqibləri arasında ən yaxşı nəticəni göstərərək, fəxri kürsünün yüksək pilləsinə yüksəlib.
Azərbaycanın digər qarışıq cütlüyü, 13-19 yaş kateqoriyasında yarışan Nurcan Cabbarlı və Ağasif Rəhimov isə 2-ci yerdə qərarlaşıblar.
Böyüklər arasında çıxış edən kişi cütlüyü Seymur Cəfərov və Murad Əkbərov da bu yarışlarda 2-ci yerlə kifayətləniblər.

Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |