Şrift:
Parlament Jurnalistləri Birliyi Türkiyədəki terroru pisləyir
30.06.2016 [03:03] - Gündəm, Bildiriş
Azərbaycan Parlament Jurnalistləri Birliyi (PJB) İstanbulun Atatürk hava limanında baş vermiş terror aktını pisləyib və həlak olan insanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.

PJB-nin başsağlığı mesajında Azərbaycanla Türkiyənin qardaş ölkə olduğu vurğulanaraq qeyd olunur ki, terrorçuların Atatürk hava limanında törətdiyi partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması bütün Azərbaycanı üzüb:

"Terrorçuların xain hücumları nəticəsində onlarla insanın ölməsindən, yüzlərlə insanın yaralanmasından çox üzüldük. Biz terroru lənətləyir və Türkiyədə dinclik olmasını diləyirik. İnanırıq ki, bir daha Türkiyədə terror yaşanmayacaq, Türkiyənin təhlükəsizlik qüvvələri, əsgərləri terrorun kökünü kəsəcək və Türkiyədə bir daha terror yaşanmayacaq. Biz Türkiyəyə terrorla mücadilədə güc, qüvvət və uğurlar diləyir, terror qurbanlarına Allahdan rəhmət, yaxınlarına, bütün Türkiyəyə səbr və başsağlığı, yaralananlara şəfa diləyirik".
Bu xəbər oxucular tərəfindən 704 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed