30.06.2016 [16:30] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Demək olar ki, hər gün eşitdiyimiz, XXI-ci əsr insanını qorxu altında saxlayan və hər kəs üçün təhlükə olan yeganə söz terrordur. Təəssüf ki, bir çox ölkələr baş verən terror hadisələrinə diqqət yetirmir, bir çox hallarda öz siyasi maraqlarından asılı olaraq, həmin hadisənin əsas sifarişçisi olurlar. Baş verənlərdən isə ən çox sadə vətəndaşlar əziyyət çəkir. Bir neçə gün öncə İstanbulda Atatürk Hava Limanında baş verən dəhşətli terror hadisəsini buna misal göstrmək olar. Məlum hadisələr bir çox ölkələrdə narahatlıq hissi ilə qarşılandı desək, yanılmarıq. Baş verənlərdən ən çox təsirlənən ilk növbədə Türkiyə, daha sonra Azərbaycan oldu. Bəs terrordan sığortalanmaq mümkündürmü? Ölkəmizdə bu cür hadisələrin baş verməməsi üçün hansı işlər görülür? SİA bu suallara cavab tapmağa çalışıb.
“Heç bir dövlət terrordan sığortalanmayıb”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev bildirib ki, heç bir dövlət terrordan sığortalanmayıb: “Dünyanın ən böyük dövləti olan Amerika məlum 15 sentyabr hadisələrindən çox böyük zərər gördü. Ümumiyyətlə, terror beynəlxalq bəladır. Azərbaycan da dəfələrlə erməni terroru ilə üz-üzə qalıb. Eləcə də bu günlərdə Türkiyədə baş verən hadisələr bir daha müasir zamanımızda terror aktlarının səngimək bilmədiyini göstərir. İstər illərlə Azərbaycanın qarşılaşdığı işğalçı siyasət, istrər qardaş ölkədə və digər yerlərdə baş verən terror hadisələrinə biganə qalmaq olmaz. Bu cür hallara göz yummaq olmaz. Son dövrlər artan terror hadisələri öz ağır nəticələrini göstərir. İŞİD-in timsalında Avropadakı partlayışlar, Əl-Qaidə nin timsalında Amerikadakı hadisələr, eləcə də ASALA-nın timsalında bütün Yaxın Şərqdə və Avropada olan baş verən terror aktlarını buna misal göstərmək olar.
Hazırda terror çox ciddi problemə çevrildiyindən Azərbaycanda hüquq mühafizə orqanları bu cür hadisələrin baş verməməsi üçün güclü əmək göstərir, qabaqlayıcı tədbirlər görür. Ölkəmiz terrorla mübarizədə nəinki ölkə daxilində, ümumiyyətlə beynəlxalq aləmdə də öz töhfəsini verməkdədir. Azərbaycan nüvə kompanentlərinin qanunsuz sürətdə sərhəddən keçirilməsinin, yahudilərə qarşı nəzərdə tutulan kütləvi terror, eləcə də digər bir çox hadisələrin qarşısını alıb. Bundan başqa ölkəmizdə dini təriqətlərlə bağlı terror qrupları zərərsizləşdirilib, ayrı-ayrı terrorçular tutularaq beynəlxalq təşkilatlara təhvil verilib.
Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Bu məsələlərdə həm kəşfiyyatımız, həm də Daxili İşlər Nazirliyi aktiv çalışır. Amma terrora qarşı mübarizədə yalnız dövlət deyil, cəmiyyətdə öz töhfəsini verməlidir. Elə məsələlər var ki, onu yalnız hüquq mühafizə orqanlarının üzərinə buraxmaq düzgün deyil. Burada təbliğat aparan KİV-lərin də rolu böyükdür. Jurnalistər bu cür hadisələri təqdir edən, geniş yer verən media qurumlarına qarşı öz sözlərini deməlidirlər”.
“Terrorun qarşısının alınmasında cəmiyyət hüquq mühafizə orqanlarıdan daha çox şey edə bilər”
Sabiq polis rəisi Mahmud Hacıyev söyləyib ki, terror hadisələri hüquq mühafizə orqanlarının fəaliyyəti ən yüksək səviyyədə olan, inkişaf etmiş ölkələrdə belə baş verir: “Dünyada hegemonluq edən ölkələr bu bəladan qaça bilmir. Azərbaycan hüquq mühafizə orqanlarını Amerika, Kanada, Frasa, Böyük Britaniya səviyyəsində mqayisə etmək absurd olar. Lakin ölkəmizin bu istiqamətdə fəaliyyət göstərən dövlət orqanları öz üzərilərinə düşən vəzifəni yerinə yetirirlər. Əvvəllər Türkiyədə terror aktları olmazdı. Lakin son 3 ildir ki, türkiyədə bu cür halların sayı durmadan artır. Türkiyədə baş verən hadisələrinin əsas səbəbləri hər kəsə məlumdur. Orada yaşayan qeyri millətlərlə aparıcı millətlər arasında olan konfliktlər bu cür nəticələrə gətirib çıxarır. Türkiyədə terror hadisəsinin baş verməsi o demək deyil ki, onların hüuquq mühafizə orqanları zəifdir. Orada daxili, xarici kəşfiyyat güclüdür.
Ümumiyyətlə terror bir ölkənin daxili və xarici siyasətində mövcud olan boşluq nəticəsində baş verir. Bu baxımdan inanmıram ki, Azərbaycanda terror hadisəsi olsun. Hər halda bu cür hadisələrin baş verməməsi üçün dövlətlə yanaşı cəmiyyətdə ayıq olmalıdır. Bu cür hadisələrin qarşısının alınmasında cəmiyyət hüquq mühafizə orqanlarıdan daha çox şey edə bilər. Gün ərzində vətəndaşlar müxtəlif nəqliyyat vasitələrindən istifadə edir, müəyən yol qət edirlər. Onlar bu müddət ərzində hər cür hadisələrlə rastlaşırlar. Belə hallarda, insanlar ətrafdakılara diqqət etməli, özlərinə qapanmamalıdırlar. Yol gedərkən ətrafda baş verənlərə nəzər yetirib, şübhəli məqamlar haqqında lazımi orqanlara məlumat ötürməli, qarşılarına çıxan şübhəli predmetləri görməzdən gəlməməlidirlər. Bəzən adi insan hüquq mühafizə orqanı işçisinin görmədiyini görə bilər. Belə hallarda səhlənkarlıq etməməli, imkanları daxilində məlumatı lazımlı orqanlara çatdırılmalıdır. Bir məlumat böyük bir təhlükənin qarşısını ala bilər”.
Nailə Məhərrəmova

Bu xəbər oxucular tərəfindən 998 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |