25.02.2012 [14:40] - Xəbərlər
Moskva meriyası Azərbaycan diasporuna Ermənistan səfirliyi qarşısında aksiya keçirməyə icazə verməyib.
Rusiyada yaşayan azərbaycanlılar Xocalı soyqırımın 20-ci ildönümü ilə əlaqədar Ermənistanın Rusiyadakı səfirliyi qarşısında 100 nəfərlik aksiya keçirmək üçün Moskva meriyasına müraciət ediblər.
İlk müraciət fevralın 14-də edilib. Moskva meriyasının Mərkəzi İnzibati Dairəsinin prefekt müavini V. Starkovun adından müraciət edənlərə məktub gəlib. Məktubda aksiyanın qanunauyğun olmadığı göstərilərək müraciətə müsbət cavab verilmədiyi bildirilib.
Məktubda o da qeyd olunub ki, aksiyanın nə məqsədlə keçirilməsi göstərilməyib. Bunun ardınca ikinci dəfə meriyaya müraciət olunub. Budəfəki müraciətdə Ermənistanın Azərbaycanın ərazisinin 1/5-ni işğal etməsi və ermənilərin Xocalıda 20 il əvvəl soyqırımı törətməsinə etiraz olaraq aksiya keçirmək istəyi yer alıb.
Lakin bu müraciətə də eyni şəxsin adından, eyni məzmunda cavab verilib, müraciət mənfi cavablandırılıb.

Bu xəbər oxucular tərəfindən 1186 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |