04.07.2016 [11:48] - Gündəm, DAVAMın yazıları
Sındırma özünü, sındırma ey Türk,
Uca keçmişini yandırma, ey Türk,
Bizi bu gedişlə qandırma, ey Türk,
Bu halla üzünə çıxa bilmirəm.
Sənin sınmağına baxa bilmirəm.
Sən axı Bozqurdun nişanəsisən,
Hunun, Atillanın qurd nəfəsisən,
Şəhid igidlərin cihad səsisən,
İçimdə Qurdum var, qorxa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Sən niyə min yerə parçalanmısan?
Din-məzhəb içində haçalanmısan,
Ahla könlümüzə nə calanmısan,
Ey Türk, dərd-qəmini yıxa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Məhbəslər, zindanlar niyə beşiyin?!
Terrora düçardır evin, eşiyin,
Xain əllərdəmi qalıb keşiyin?!
Kirpiyi yaş əyir, sıxa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Türkün yurd-yuvası hər yerdə qandır,
Bu nə müsibətdir, bu nə divandır?
Qəlbim tüstülənir, od vurub yandır!
Təslimi ağlıma taxa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Yurdlar işğallarda bölüm-bölümdü,
Bu nə işgəncədi, bu nə zülümdü?
Onsuz da hamının sonu ölümdü…
Düşmənin hiyləgər, yaxa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Ruhu qan ağlayır Dədəm Qorqudun,
İçində ölübmü hayqıran Qurdun?!
Niyə qan uddurmur yağına Ordun?!
Ruhunu bu qədər, yuxa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Sındırma özünü, sındırma, ey Türk,
Acizə dünyanın özü boyda sərk,
Şadiman soyundu, edir sənə ərk,
Sel olub hər səmtə axa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Sənin sınmağına baxa bilmirəm.
02.07.2016
Şirinxanım Kərimbəyli ŞADİMAN
Uca keçmişini yandırma, ey Türk,
Bizi bu gedişlə qandırma, ey Türk,
Bu halla üzünə çıxa bilmirəm.
Sənin sınmağına baxa bilmirəm.
Sən axı Bozqurdun nişanəsisən,
Hunun, Atillanın qurd nəfəsisən,
Şəhid igidlərin cihad səsisən,
İçimdə Qurdum var, qorxa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Sən niyə min yerə parçalanmısan?
Din-məzhəb içində haçalanmısan,
Ahla könlümüzə nə calanmısan,
Ey Türk, dərd-qəmini yıxa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Məhbəslər, zindanlar niyə beşiyin?!
Terrora düçardır evin, eşiyin,
Xain əllərdəmi qalıb keşiyin?!
Kirpiyi yaş əyir, sıxa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Türkün yurd-yuvası hər yerdə qandır,
Bu nə müsibətdir, bu nə divandır?
Qəlbim tüstülənir, od vurub yandır!
Təslimi ağlıma taxa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Yurdlar işğallarda bölüm-bölümdü,
Bu nə işgəncədi, bu nə zülümdü?
Onsuz da hamının sonu ölümdü…
Düşmənin hiyləgər, yaxa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Ruhu qan ağlayır Dədəm Qorqudun,
İçində ölübmü hayqıran Qurdun?!
Niyə qan uddurmur yağına Ordun?!
Ruhunu bu qədər, yuxa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Sındırma özünü, sındırma, ey Türk,
Acizə dünyanın özü boyda sərk,
Şadiman soyundu, edir sənə ərk,
Sel olub hər səmtə axa bilmirəm,
Sənin sınmağına baxa bilmirəm.
Sənin sınmağına baxa bilmirəm.
02.07.2016
Şirinxanım Kərimbəyli ŞADİMAN
Bu xəbər oxucular tərəfindən 910 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |