25.02.2012 [17:21] - Diaspor
Həmçinin Kanada parlamentinin qarşısında da nümayiş təşkil edilib.
Kanadanın paytaxtı Ottavada 24 fevral tarixində bu ölkənin qanunverici orqanının binası qarşısında Kanadanın Ottava, Monreal, Toronto və Vaterlo şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələri, o cümlədən, buranın ali təhsil müəssisələrində təhsil alan tələbələrimiz tərəfindən Xocalı soyqırımının 20-ci ildönümünün anılması ilə əlaqədar, Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və işğal siyasətinə etiraz ilə bağlı nümayiş keçirilib.
Azərbaycanın Kanadadakı səfirliyindən daxil olan məlumata görə, nümayişdə 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalıda erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və 1988-ci ildən davam edən işğala qarşı şüarlar səsləndirilib, Xocalı soyqırımı ilə bağlı yaddaş qeydləri paylanılıb. Nümayiş iştirakçıları Ermənistan tərəfindən yürüdülən bu siyasətin dayandırılmasını tələb edib, Kanada millət vəkillərini bu məsələlərə qiymət verməyə və Ermənistana təzyiq göstərməyə çağırıblar.
Həmçinin, nümayiş iştirakçıları Ermənistanın Kanadadakı səfirliyinin önündə də aksiya keçiriblər.

Bu xəbər oxucular tərəfindən 1210 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |