25.02.2012 [17:38] - Güney Azərbaycan xəbərləri
İran "İslam" Respublikası muxtar respublikaya benzin və dizel yanacagı daşınmasına yasaq qoyub.
İran Bakıdan Naxçıvan Muxtar Respublikasına (MR) yanacaq daşınmasını qadağan edib. Daha dəqiq desək, artıq 10 gündür İran tərəfi yanacaq daşıyan iri yük maşınlarının Naxçıvana getməsinə imkan vermir. Baş verənlər isə istər-istəməz bölgə əhalisi arasında ciddi narahatlığa səbəb olub.
İran bölgədə narazılıq yaratmaq məqsədilə belə bir addım atıb: “İran İslam Respublikasının səlahiyyətli qurumları bəyan edib ki, Naxçıvana yanacaq daşıyan yük maşınları guya standartlara cavab vermədiyi üçün İran tərəfi belə bir addım atıb. Əslində isə bu məsələnin kökündə başqa şeylər dayanır. Məqsəd muxtar respublikada narazılıq yaratmaqdır”.
İranın bu addımına cavab olaraq Naxçıvan MR hökuməti də bu ölkədən ərzaq məhsulları (un məmulatları, toyuq əti, yumurta, şəkər və s.) və meyvə-tərəvəz gətirilməsinə ciddi qadağa tətbiq edib.

Bu xəbər oxucular tərəfindən 2926 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |