05.07.2016 [11:43] - Gündəm, Mədəniyyət
106-cı mövsümün yekunlaşması ilə əlaqədar olaraq Azərbaycan Dövlət Musiqili Teatrında mükafatlandırma mərasimi olub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mehriban Zalıyeva "Mövsümün ən yaxşı aktrisası”, Çingiz Əhmədov “Mövsümün ən yaxşı aktyoru”, Əmrah Dadaşov “Mövsümün debütü” (kişi), Aydan Qasımova “Mövsümün debütü” (qadın), Nigar Qarayeva “Mövsümün perspektivli aktrisası”, Səmədzadə Xasıyev “Mövsümün perspektivli aktyoru”, Ağaxan Şərifov "Mövsümün ən məhsuldar aktyoru”, Almaz Ələsgərova “Mövsümün sevilən aktrisası”, Ülviyyə Əliyeva “Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı”, Nərgiz Kərimova “Mövsümün debütü” (rus bölməsi, qadın), Nicat Əli “Mövsümün debütü” (rus bölməsi, kişi), Tofiq Seyidəmirov “Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti”, Fərid Rzayev “Mövsümün ən yaxşı xor artisti”, Cəlalə Novruzlu “Mövsümün ən yaxşı balet artisti”, İfadə Bağırova “Mövsümün ən yaxşı texniki işçisi” və Vidadi Həsənov “Mövsümün ən işgüzar əməkdaşı” nominasiyaları üzrə qalib olub. Həmçinin “Baladadaşın toy hamamı” və “999-cu gecə” tamaşaları “Mövsümün ən yaxşı tamaşası” seçilib. Xalq Artisti İlham Namiq Kamal və aktyor Hüseyn Əlili isə Xalq Artisti Hüseynağa Sadıqov adına “Büllur alma” mükafatına layiq görülüblər. Qaliblərə xüsusi prizlər və mükafatlar verilib.
Qeyd edək ki, bu təqdirəlayiq ənənənin əsası ötən il – 105-ci teatr mövsümünün yekununda qoyulub. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevin təklifi əsasında formalaşan mükafatın təsisçiləri Musiqili Teatr və qurumun Həmkarlar İttifaqıdır.
Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümə 17 iyul 2016-cı il tarixində yekun vuracaq. Başa çatmaqda olan mövsüm teatr üçün uğurlu yaradıcılıq hadisələri ilə zəngin olub. Mövsüm boyu Musiqili Teatrda “Qafqazlı qardaşqızı”, “Baladadaşın toy hamamı”, “Qızıl cücə”, “999-cu gecə” tamaşalarının premyerası olub. Habelə, teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə təşkil olunan Amerika günləri çərçivəsində ABŞ-ın məşhur “Company-E” şirkəti ilə ortaq layihə kimi “Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Teatr “Multikulturalizm ili” çərçivəsində müxtəlif regionlarda – Masallı, Xaçmaz, Şamaxı rayonlarında maraqlı tamaşalarla çıxış edib. Xalq Artisti Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun 90 illik yubileyləri yüksək səviyyədə təşkil olunub. Teatr ölkədə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları üçün xüsusi repertuarla çıxış edib. Eyni zamanda teatr “Sosial proqramlar” çərçivəsində konsert proqramlar təqdim edib.
Kollektivin bəzi üzvləri yerli və beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər və uğurlu çıxışlarına görə il boyu müxtəlif təşkilatlar tərəfindən təltif olunublar.9/14676989294003618790_1000x669.jpg

Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |