07.10.2011 [11:36] - Xəbərlər
Fransa prezidenti uydurma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini qəbul edəcəklərini açıqlayıb
“Türkiyə 2011-ci ilin sonuna qədər erməni soyqırımın tanımasa, Fransa müvafiq tədbirlər görəcək”. APA-nın “Armenia today” portalına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan Fransa prezidenti Nikola Sarkozi saxta “soyqırım qurbanları”nın xatirəsinə düzəldilmiş memorial kompleksi ziyarət edərkən deyib. O, görüləcək tədbirlər sırasında “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi olduğunu da söyləyib.
N. Sarkozinin fikrincə, kollektiv inkar fərdi inkardan daha ciddi olaydır: “Əgər Türkiyə böyük dövlətlər kimi davranıb soyqırımı tanımasa, Fransa ilin sonuna qədər müvafiq addımlar atacaq, o cümlədən soyqırımın inkarının kriminallaşdırılması haqqında qanun layihəsini qəbul edəcək”.
N. Sarkozi “Erməni soyqırımı muzey-institutu”nu da ziyarət edərək muzeyin xatirə kitabına aşağıdakı sözləri yazıb: “Fransa unutmur”.
Qeyd: Fotolar “Panarmenian.net” saytından götürülüb.

Bu xəbər oxucular tərəfindən 1209 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |