Şrift:
Güney Azərbaycan Xəbərləri
25.02.2012 [18:06] - Gündəm
Yeni Etiraza Çağırış: “Təbrizdə Xocalı Soyqırımı ilə bağlı SMS-lər yayılıb”
Güney Azərbaycan Xəbərləri





Xocali Soyqırımının 20-ci ildönümü münasibəti ilə Güney Azərbaycanın mərkəzi şəhəri Təbrizdə, soydaşlarımız arasında genişmiqyasda SMS yayılıb.Keçmiş xəbərlərimizdə çatdırdığımız kimi, İran rejimi Xocalı Soyqırımı ərəfəsində Təbrizdə Ermənistanlı müğənninin musiqi konsertini təşkil edib. Yayılan SMS-lərdə rejimin bu xəyanətkar hərəkəti kəskin şəkildə məhkum edilib və soydaşlarımız yeni Kütləvi Etiraza çağırılıb.SMS-lərdə qeyd olunub ki, “Qarabağ şiələrinin erməni daşnakları tərəfindən qətliamının ildönümündə, Təbrizdə erməni musiqisi konserti keçiriləcək. Azərbaycanın qeyrətli və şüurlu milləti bu faşisti və antitürk hərəkəti şiddətlə qınayır.
Zaman: fevralın 26-ı yerli vaxtla saat 16:00
Yer: Təbriz, cənubi Şəriəti xiyabanı, Şəhnaz dördyoluna çatmamış, Ermənilərin xəlifəgəri binasının qarşısı
“Rus, fars, erməni – Bütün türkün düşməni””

Son günlərdə həbs olunan Güney Azərbaycanlı fəalların vəziyyətindən heç bir xəbər yoxdur
Güney Azərbaycan Xəbərləri




Rza (Salar) Turi və Vəhid Həbib Çeşmə bir neçə gün öncə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıblar.Dünya Ana Dili Günündə (21 fevral , 2 isfənd) tutuqlanan soydaşlarımız heç bir məhkəmə hökmü olmadan ETTELAAT məmurları tərəfindən yaxalanıblar.Qeyd edək ki, Səhənd yeni şəhərciyində yerləşən ata evlərində tutuqlanan soydaşlarımızın harda saxlanıldığı barədə heç bir məlumat yoxdur.


İranla Ermənistan arasında dəmir yolu çəkiləcək
Güney Azərbaycan Xəbərləri




“İslam” Respublikası ilə Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistan arasında bütün sahələr üzrə əlaqələr davam etməkdədir.Tehran hakimiyyəti İran-Ermənistan dəmiryolunun tikintsinə hazır olduğunu bildirib. Bu haqda İslam Respublikasının Enmənistandakı səfiri Seyid Əli Saqaian Yerevan Dövlət Unniversitetində çıxışı zamanı bildirib. Bu barədə Teleqraf.az «Nyus.am»-a istinadən xəbər yayıb.O, xatırladıb ki, bu yaxınlarda Rusiya, İran və Ermənistanın nazir müavinlərindən ibarət işçi qrupunun bu məsələyə dair toplantısı keçirilib.Məlumata görə, layihə 1,5 -2 milyard dollar arası dəyərləndirilir.Qeyd edək ki, 2010-cu ilin mayında Ermənistan Avrasiya iqtisadi şurasının antiböhran fonduna (zəminində) tikinti ilə bağlı müraciət edib. Layihədə Çin tərəfinin də iştirakının mümkünlüyü müakirə olunur.
İranda dövlət qulluğunda işləyən qadınlar üçün uniforma tətbiq olacaq
İran xəbər agentliklərinin məlumatına görə, yeni geyim formaları dini və mədəni meyarlara uyğun olaraq hazırlanacaq. Geyimlər əsasən tünd göy və boz rəngdə olacaq.İran hökuməti dövlət qulluğunda işləyən qadınlar üçün uniforma tətbiq edir. Yeni qaydalar Şərq təqvimi ilə Yeni ilin başlanğıcından (novruz bayramı)– martın (March) 21-dən tətbiq ediləcək. İran xəbər agentliklərinin məlumatına görə, yeni geyim formaları dini və mədəni meyarlara uyğun olaraq hazırlanacaq. Geyimlər əsasən tünd göy və boz rəngdə olacaq. Rəsmilər bildirir ki, yeni uniformanın yaradılması qərarı dövlət qulluğunda olan qadınların öz xahişi əsasında çıxarılıb. Daxili işlər nazirinin müavini Alireza Afshar deyib ki, qadın əməkdaşlar məcburən yox, öz istəkləri əsasında uniforma geyəcəklər. Bundan əlavə, İran hökuməti tələbə qızlar üçün də xüsusi geyim forması tətbiq etməyi planlaşdırır.

İran İslam Respublikası Qəzza bölgəsindəki “HƏMAS” hökumətinin əsas himayədarıdır
Güney Azərbaycan Xəbərləri





RİA Novostinin verdiyi xəbərə görə, bunu cümə günü “HƏMAS”-ın siyasi bürosunun üzvü İzzət əl-Reşek Londonun “əş-Şərq əl Ausat” qəzetinə bildirib.“İran Qəzza bölgəsindəki hökumətin əsas sponsorudur (himayədarıdır), onun köməyi olmadan biz 45 min nəfərin əməkhaqqılarını ödəyə və səhiyyə, təhsil və digər sahələrdə əhaliyə xidmət göstərə bilməzdik” - deyə əl-Reşek qeyd edib. “Ümid edirik ki, digər ərəb dövlətləri də İran kimi bizə kömək edəcəklər... Ərəb və müsəlman ölkələrinin yardımından imtina etməyəcəyik” - deyə, əl-Reşek əlavə edib.O bildirib ki, “HƏMAS” İranla münasibətlərə zərər yetirməyə çalışan istənilən ərəb dövləti ilə əməkdaşlıqdan imtina edəcək.
Bu xəbər oxucular tərəfindən 2637 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed