25.02.2012 [18:51] - Siyasi partiyalar
Azərbaycan Dəniz Balıq Sənayesi Kollecində Xocalı Soyqırımının 20 illiyi qeyd olunub.
Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatı Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin rəhbərliyi ilə birlikdə “100 ilin yalanı, yoxsa 20 ilin həqiqəti”? adı altında Xocalı Soyqırımının 20 illiyini qeyd edib.
Qafqaz Gimnaziyasının akt zalında gerçəkləşən tədbirdə təhsil ocağının rəhbərliyi, ictimai xadimlər, tələbələr iştirak edib.
MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli dövlət himni və Şəhidlərin ruhuna bir dəqiqəlik sükutla tədbiri açıq elan etdi. “Müdafiə taktikasından hücum taktikasına keçidin zamanıdır” deyən sədr qısa çıxışdan sonra sözü kollecin tədris hissə müdiri Məfkurə Aslanovaya verdi. Rəhbərlik adından tədbir təşkilatçılarına təşəkkürünü bildirən Məfkurə xanım təbliğat məsələsində gecikdiyimizi vurğuladı.
Söz MDHP sədri, Millət Vəkili Fərəc Quliyevə verildi. Ermənilərin 4 T (təhdid, təftiş, təzminat, torpaq) siyasəti barədə məlumat verən Fərəc bəy, gənclərin ortaq düşmənlərə qarşı mübarizədə aktivliyindən razılığını bildirdi. Özünün millət vəkilliyi ilə yox, millətinin 50 milyonuncu əsgəri olmağı ilə qürur duyduğunu dilə gətirdi.
Daha sonra “General Əli” ləqəbi ilə tanınmış Əlövsət Qasımovun Xocalıda çəkmiş olduğu fotolardan ibarət sərgi təşkil olundu. Bundan başqa, Xocalıya həsr olunmuş “Ruhumun Harayı” filmi iştirakçılara nümayiş etdirildi.
Türx Xalqları Ümumdünya Assambleyasının I vitse-prezidenti, polkovnik Yəhya Əliyev öz çıxışında problemləri ümumiləşdirməyin əhəmiyyətindən bəhs etdi. O bildirdi ki, Azərbaycan türkünün problemi Qazax türkünün dilindən səslənəndə artıq kədərimiz də, sevincimiz də ortaqlaşır və daha çox ağızdan səsləndiyinə görə həlli də asanlaşır.
Çıxış edən kollecin tarix müəllimi İsmayıl Orucov öz atasının 1918-ci ildəki Andraniklə olan xatirələrindən, onlara qarşı mübarizələrindən danışmaqla zaman dəyişsə də, türkə qarşı mənfur siyasətin dəyişmədiyini dilə gətirdi.
Tədbirin qonaqlarından biri də Qarabağ müharibəsi zamanı Bakı Dövlət Universitetində dərs deyərkən öz tələbələri ilə birlikdə döyüş bölgəsinə getmiş və həqiqətləri gözləri ilə görmüş Atamoğlan Məmmədli idi. Atamoğlan müəllim ermənilərə qarşı onların öz mənbələri ilə yazmış olduğu kitablardan və şahidlərin dilindən səslənən faktlardan danışmaqla tədbir iştirakçılarına bir anlıq həmin anları yaşatdı.
Tədbirdə MDHP rəhbərliyindən Qərbi Azərbaycan departamentinin rəhbəri Arif Abbasov, Güney Azərbaycan departamentinin rəhbəri Əlirza Amanbəyli, Türkiyəli qonaq Mehmet Akçay və digər qonaqlar iştirak etmişdir.
MDHP Mətbuat Xidməti
Şəhidlərin ruhuna sayqı duruşu
MDHP Gənclər Təşkilatının sədri Seymur Həsənli çıxış edir
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev çıxış edir
TXÜA-nın I vitse-prezidenti, polkovnik Yəhya Əliyev çıxış edir
BDU-nun dosenti, tarixçi Atamoğlan Məmmədli çıxış edir
Foto-sərgi
Foto-sərgi
"General Əli" bəy (Əlövsət Qasımov) çıxış edir

Bu xəbər oxucular tərəfindən 2295 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |