08.07.2016 [11:44] - Gündəm, Gənclik, Mədəniyyət
Çaykovskinin “Qu Gölü” baletindən bir parça səslənən musiqi fonunda Sankt-Peterburqun siyah-al qarışıq səması göründü bir evin pəncərəsindən. O pəncərə ki, onun arxasında dayanan yalnız, kədərli və bitkin bir insanın silueti dayanmışdı. Yeni çıxmış ayın ışığında o qadının nəmli gözlərini və üzündəki iztirab cizgilərini görmək olardı. Anna isimli bu qadının bəs nə idi dərdi görəsən? Niyə onun üzündən kədər əskik olmurdu? Görəsən nə baş vermişdi ki Anna bu qədər kədərli və ümidsiz görünürdü. Görəsən nə idi onu bu qədər üzən? – deyə yazıçı qələmini bir anlıq kağızın üzərindən qaldırıb dərin düşüncələrə dalaraq pəncərədən gecənin qaranlığındaki ayın həzin musiqi tək süzülən işığına baxdı. Çox baxdı, amma bir müddət tapa bilmədi. Tapa bilmədi nə idi Annanı bu qədər üzən, nə idi onu vəhşi bir qaplanın pəncəsiylə yaralanmış ahu qədər incidən. nə idi axı...
Yazıçı ayağa qalxıb uzun müddət otaqda var-gəl etməyə, yeni yaratdığı Anna obrazı qədər narahat hislərlə düşünməyə başladı. İndi onu Annadan daha çox öz düşüncələri, yazacağı əsərin mahiyyəti və qazanacağı uğur düşündürürdü. Deyəsən məhz buna görə o Annanın hislərini, üzündəki kədər dolu baxışlarının səbəbini anlamırdı, anlaya bilmirdi. Bəli axır ki uzun müddət fikir dəryasına qərq olduqdan sonra artıq hər şeyi yaxşı anlayırdı, doğru başa düşmüşdü yorğun yazıçı. O günün ağırlığından və yayın istisindən yorulmamışdı. Xeyir. Onu yoran Anna, onun həyatı və ümumiyyətlə yazılmalı olan bu yeni romanın hər şeyi haqqındaki düşüncələri, fikirləri idi. Bəs adı nə olmalı idi bu dərin, fəlsəfi, ictimai romanın? Yazıçı çox düşündü, fikirləşdi, amma indi də ada görə dərin fikirlər okeanında boğulmağa başladı...
Aha, deyəsən tapdı axı, bayaqdan fasiləsiz şəkildə otaqda var-gəl edən yazıçı axır ki yorulmuş və otaqdaki köhnə divanın üzərində uzanmağa qərar vermişdi. Bəs tapdığı nə idi görəsən. Annanın niyə kədərləndiyimi, yoxsa onun üzündəki bu qəmli cizgilərin əsil mahiyyətimi, yoxsa bu romanın süjet xəttimi, yoxsa... O qədər səbirsizcə düşünürdü ki yazıçı, bir az daha düşünsə sanki yerindən fırlayacaq və özünü pəncərədən aşağı atacaqdı. Ancaq o bunu etmədi, çünki nəyi tapdığını artıq yaxşı bilirdi. Üzünə anidən qonan gülümsəmə onu masasının başına keçməyə və yazmağa davam etməyə vadar etdi. Çox həvəsli və sevincli bir halda əsərini davam edən yazıçı biranlıq duruxdu, əsərin adını qeyd etmədiyinin fərqinə vardı və dərhal kağızın başına gələrək boş yerə böyük hərflərlə “Qadın olmaq...” bəli, məhz belə yazdı. Bəs niyə bu ad? İndi də bu haqda düşünməyə başladı yazıçı...
Annanın heç də qəribə arzuları, fərqli xəyalları yox idi. O da hamı kimi ərə getmək, çoxlu uşaq doğmaq və ərinə mətbəxdə, yataqda layiqli yoldaş olmaq istəyirdi. Bəs “qadın olmaq” bundan ibarət idimi, yalnız bununla kifayətlənmək, yalnız bu sadə arzuları arzulamaq Annanı sözün əsil mənasında qadın, xoşbəxt qadın edəcəkdimi? Bu sualın cavabını isə nə pəncərə önündə dayanıb nəmli gözləriylə, qəmli baxışlarıyla Sankt-Peterburqun gecə həyatını izləyən Anna, nədə onu yaradan yazıçı bilmirdi. Amma hər şeydən əsas və başdan bəri cavabını gözləyən bir sual var idi, Annanın bu kədərli, qəmli baxışlarının, keçirdiyi iztirabın səbəbi nə idi. Bu sualın cavabını isə deyəsən yazıçı artıq tapmışdı. Özünü biranlıq Annanın gözündə qəhrəman və yazıçı dostlarının yanında uğurlu iş adamı kimi gördü yorğun yazıçı...
Anna düz 10-cu sinifdən bəri sevib-saydığı, uğruna nələri-nələri gözə aldığı insanı, kişini, öz yarını yarım saat bundan qabaq bir avtomobil qəzasında itirmişdi. Amma kədərinin səbəbi yalnızca sevgilisi Vasilinin ölümü deyildi, həm də onun ölümündən bir gün qabaq Annanı ən yaxın rəfiqəsi Rozayla aldatması, bunu da ən qəddar və əclaf bir insan kimi telefonla Annaya bildirməsi idi bəlkə də. Nə bilmək olar. Ya da ki bu acı xəbəri alandan sonra dəli kimi olan, özünü, ruhunu itirən Ananın fikirlərini dağıtmaq üçün getdiyi yaxınlıqdaki barda yeni tanış olduğu və sanki (Anna biranlıq belə düşündü) həməncə sevdiyi Raufun evli olması idi. Ya da tamam başqa bir şey. Məsələn rəfiqəsi Rozanın atasının vaxtilə Annanın atası tərəfindən vurulduğu, Rozanın da Atasının intiqamını Annadan onun sevgilisiylə yataraq almaq istəməsi...
Düşüncələr eyni anda həm Annanı, həm də yazıçını tarimar etmişdi. Hər ikisi içini yeyib- dağıdan fikirlərdən xilas ola bilmir, söykəndiləri pəncərəni qırıb özünü aşağı - Sankt-Peterburq küçələrinə atmaq, sanki bu fikir qəfəsindən qurtulmaq istəyirdi. Amma bunu etmirdilər, ona görə yox ki qorxurdular, xeyir. Ona görə ki hər ikisi onları sıxan, boğan, yandıran, içdən-içə dağıdan bu fikirlər arasındaki bir fikrə - qadın olmaq hissinə, duyğusuna qapılmış, cavab axtarırdılar. Həqiqətən də qadın olmaq nədir, necə bir şeydir. Bu suala bəlkə də bu əsəri oxuyan xanımların özləri də tam cavab verə bilməyəcəklər. Bəlkə də yazıq Annanın və yorğun yazıçının aqibəti gözləyir oxucuları, nə bilmək olar...
Anna özü şəxsən bu suala belə cavab verə bilərdi: “Çətindir “Qadin olmaq”. Çünki hamının sahib olmaq istədiyi bir bədənin var. Qorumaq zoruna olduğun bir namusun və sevməyin qadağan olduğu mentalitetin. “Kişi kimi kişi” deyərlər, amma “qadın kimi qadın” deməzlər. “Zor şeydir” və s. deyərlər. Soyuq olmaq zorundadır, hissetməməsi gərəklidi, yaxşı görünməlidi, amma o qədər də açıq saçıq yox. Kişinin yanında yerini bilməlidir. Qadın olmaq günahdı bu həyatda. Sevərsən dəli deyərlər, sevməzsən dünyadan xəbəri yoxdu deyərlər”...
Yorğun yazıçı isə bu suala belə cavab verə bilərdi: “İnsanlar bu dünyaya müəyyən missiya üçün göndəriliblər, eləcə də qadınlar. Mən "Qadın əvəzolunandır" və "Qadın bir heçdir" fikri ilə heç bir zaman razılaşmamışam. Qadın eynilə kişi kimi eyni hüquqa sahibdir. Seçmək və seçilmək hüququ var. Qadın daim dəyişən, daim diqqət mərkəzində olmağa can atan və daim əlində olanlarla razılaşan bir varlıqdır. Qadınlar hər mövzuda daim güclü olmağa can atırlar. Qadın azad, güclü və kişiyə nisbətən əzəli varlıqdır. Çünki yaranış da, ölüm də onun varlığıyla, onun ruhuyla əlaqəlidir. Onun qayğısı bizi böyüdür, topluma yararlı bir şəxsiyyət yetişdirir. O bizə yaralandığımızda məlhəm, əzizləmək istədiyimiz zaman övlad, əylənmək istəyimizdə isə məşuqə olur. Qadın hər halıyla müqəddəs varlıqdır. Günümüzdə isə o sıxılmış, müəyyən sədlər içində saxlanmaqdadır. Bütün bu sədləri aşmaq əslində mümkündür”...
Beləcə düşüncələr içində Anna kənara çəkildi və öncə bir az viski içdi, sonra isə soyuq duş qəbul edib əyini dəyişdi, yatağına uzanıb bütün düşüncələrdən uzaqlaşdı. Biranlıq nə düşündüsə telefonunu götürüb həyatındaki ilk eşqinə, ilk sevgiylə yanaşdığı və müqəddəs saydığı kişiyə - atasına zəng vurdu. Gecənin yarısı olmasına baxmayaraq atası çox gözlətmədən telefonu açdı və onun qayğıkeş, səmimi səsi eşidildi Annanın telefonunda:
Buyur, qızım.
Ata, mən... Mənə qadın olmaq istəyirəm, azad, xoşbəxt, firavan...
Atası bir müddət susdu və nəmlənən gözlərini sildi. Yatağının digər tərəfində xərçəngdən vəfat etmiş həyat yoldaşının rəsmini əlinə aldı, həmişəki kimi tumarladı və qızına cavab verdi:
Əlbət, olacaqsan, çünki sən güclü qadınsan. Çünki sən mənim qızımsan – deyə Vladimir telefonu qapadı...

Elşən İsmayıl
Bu xəbər oxucular tərəfindən 1904 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |