Şrift:
Baş nazirin müavininin sabiq köməkçisi azadlığa buraxıldı
09.07.2016 [11:16] - Gündəm, Hüquq
Nizami rayon məhkəməsi fəaliyyəti bir neçə il əvvəl dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində adı hallanan Baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseynin vaxtından əvvəl azadlığa buraxılması barədə vəsatətinə baxıb.

Vəsatət təmin edilməyib. Məhkəmə V.Hüseyni cəzasının çəkilməmiş hissəsindən azad edib. Həmin qərarla razılaşmayan dövlət ittihamçısı isə apelyasiya şikayəti verib.

Şikayətə iyulun 12-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hüseyn 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru E.Abdullayevin həmin ABU-nun fəaliyyətində aşkarlanmış nöqsanlara görə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu planını qanuni yolla əldə edə bilməyəcəyini güman etməsi səbəbindən universitetin fəaliyyətinin davam etdirilməsinə qanunsuz yollarla nail olmaq niyyətində olduğunu və rüşvət vermədə vasitəçi axtardığını bilən Baş nazirin müavininin sabiq köməkçisi V.Hüseyn E.Abdullayevin rüşvət kimi vermək istədiyi pulu ələ keçirmək məqsədilə qulluq mövqeyindən istifadə edib. O, E.Abdullayevi inandıraraq, etibarından sui-istifadə etməklə və aldatmaqla ondan 2009-cu ilin avqust-oktyabr aylarında 1 000 000 ABŞ dolları məbləğində nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib.

V.Hüseyn daha sonra pulu qaytarsa da, istintaqla müəyyən edilib ki, E.Abdullayev 1 000 000 dolları V. Hüseynə məhz rüşvət kimi müvafiq vəzifəli şəxsə çatdırılması məqsədilə verib.
Bu xəbər oxucular tərəfindən 981 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed