09.07.2016 [11:18] - Gündəm, İqtisadiyyat
4-7 iyul 2016-cı il tarixlərində Azərbaycan hökumətinin ayırdığı kredit hesabına Serbiyada həyata keçirilən və iri infrastruktur layihələrindən olan E-763 avtomagistralının (11-ci dəhliz) Lyiq-Prelyina hissəsinin tikintisini həyata keçirən Azərbaycanın “AzVirt” şirkətinin rəhbəri Kamil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti yekunlaşma mərhələsində olan layihə üzrə işlərin gedişatı ilə tanış olmaq məqsədilə Serbiyada səfərdə olub.
Azərbaycanın Serbiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində K.Əliyev “AzVirt” şirkətinin Belqrad şəhərindəki filialının nümayəndələri və layihədə subpodratçı qismində çalışan Serbiya şirkətlərinin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirmiş, işlərin gedişatı ilə tanış olmuş, tikintidə çalışan fəhlələrlə görüşmüşdür.
Serbiyanın Baş naziri Aleksandr Vuçiç “AzVirt” nümayəndə heyətini qəbul etmişdir. Görüş zamanı A.Vuçiç “AzVirt” şirkətinin Serbiyadakı işlərinin keyfiyyətindən Serbiya hökumətinin çox razı qaldığını ifadə etmiş və “AzVirt”in fəaliyyətinin hər zaman ölkədə çalışan digər xarici şirkətlərə bir nümunə kimi göstərildiyini vurğulamışdır. Baş nazir məhz bu səbəbdən Serbiya hökumətinin bu layihə başa çatdıqdan sonra da “AzVirt”lə əməkdaşlığı davam etdirməkdə marağını ifadə edərək, istər digər layihələr, istərsə də Serbiyadakı özəlləşdirmə prosesi daxil olmaqla sonrakı əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi üçün müzakirələrə hazır olduğunu bildirmişdir.
K.Əliyev “AzVirt”in fəaliyyətinin yüksək dəyərləndirdiyinə və söylədiyi xoş sözlərə görə Baş nazir A.Vuçiçə minnətdarlığını ifadə etmiş, şirkətin Serbiyadakı fəaliyyətinə ilk gündən verilən dəstək və yardıma görə Serbiya hökumətinə, onun müxtəlif qurumlarına təşəkkürünü bildirmişdir. O, tikinti sahəsində işlərin gedişatı barədə məlumat verərək, hazırda 22 nəfər Azərbaycan və digər ölkə vətəndaşı istisna olmaqla, tikintidə çalışan bütün işçilərin Serbiya vətəndaşları olduqlarını, istifadə olunan tikinti materiallarının isə 100% Serbiyada istehsal edildiyini söyləmişdir. K.Əliyev şirkətin layihə üzrə işlərin mümkün qədər qısa müddətdə yekunlaşdırılacağını bildirməklə, iş prosesi zamanı əsasən keyfiyyət meyarlarının üstün tutulduğunu bildirmişdir. O, layihə başa çatdıqdan sonra da “AzVirt”in Serbiyada fəaliyyətini davam etdirmək əzmində olduğunu və bu məqsədlə Serbiya hökuməti tərəfindən təklif ediləcək digər layihələrə və əməkdaşlıq modellərinə dair müzakirələr aparmağa hazır olduğunu qeyd etmişdir.
Səfər çərçivəsində “AzVirt” şirkətinin nümayəndə heyəti Serbiya Baş nazirinin müavini, tikinti, infrastruktur və nəqliyyat naziri Zorana Mihayloviç və “Koridori Srbije” şirkətinin rəhbərliyi ilə də görüşlər keçirərək, əməkdaşlıq məsələlərini müzakirə etmişdir.
“AzVirt”in nümayəndə heyəti həmçinin Belqrad şəhərindəki “Taşmaydan parkı”nda ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, tanınmış serb yazıçısı Milorad Paviçin heykəllərini, 1999-cu ildə bombardmanlar nəticəsində həlak olan uşaqların xatirəsinə həsr edilmiş “Biz sadəcə uşaqlar idik” abidəsini ziyarət etmiş və onların önünə gül dəstələri qoymuşdur.

Bu xəbər oxucular tərəfindən 707 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |