Şrift:
Nigeriyada neft boru kəmərinə qarşı təxribat törədilib
09.07.2016 [11:33] - Gündəm, Hadisə
Nigeriyanın Bayelsa əyalətində İtaliyanın neft şirkətinə məxsus “Agip Brass” boru kəmərinə qarşı təxribat törədilib.

“bloomberght.com” xəbər verir ki, Bayelsa əyalətinin təhlükəsizlik və mülki müdafiə komandiri Desmond Aqu həmkarlarının boru kəmərinə hücum təşkil edən iki gəmidə olan silahlı qruplarla qarşıdurmalarının davam etdiyini deyib.

Hücumu “Niger Delta İntiqamçıları” adlı bir qrup öz üzərinə götürüb.

Qeyd edək ki, bu, “Agip Brass” boru kəmərinə qarşı törədilən ilk təxribat deyil. “Niger Delta İntiqamçıları” adlı qrup əvvəllərdə də ölkədəki müxtəlif neft boru kəmərlərinə hücumlar reallaşdırıb.
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed