Şrift:
MHP başqanı Dövlət Baxçalı Xocalı soyqırımın 20-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib
26.02.2012 [12:41] - Xəbərlər
“Soydaşlarımızın namusuna, şərəfinə təcavüz etməyə cürət edən erməni əxlaqsızlığını əziz millətimiz lənət və nifrətlə xatırlayacaq”
Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı Xocalı soyqırımın 20-ci ildönümü ilə bağlı yazılı açıqlama yayıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, açıqlamada Xocalı faciəsinin əsrin ən böyük faciə və fəlakətlərindən biri kimi tarixə düşdüyü vurğulanıb: “Soydaşlarımızın namusuna, şərəfinə təcavüz etməyə cürət edən erməni əxlaqsızlığını əziz millətimiz lənət və nifrətlə xatırlayacaq”.
Müraciətdə qeyd olunub ki, Xocalıda, Dağlıq Qarabağda insanlığa qarşı törədilən cinayətləri görmək istəməyənlərin uydurma “erməni soyqırımı” iddiaları ilə türk millətini cəzalandırmaq istəkləri və bunun üçün sistemli fəaliyyət göstərmələri insafsızlığını və simasızlığın göstəricidir: “Unutmamalıyıq ki, bir millət, iki dövlət halında olduğumuz Azərbaycanın işğal altında olan torpaqlarına qovuşması heç bir zaman vaz keçməyəcəyimiz bir zərurətdir. Türk milləti hər zaman bunun üçün dua etməli və dəstək verməlidir”.
MHP başqanı daha sonra bildirib ki, Fransa Senatında uydurma “erməni soyqırımı” ilə bağlı türk millətini cəzalandırmağa çalışanlar diqqətlərini Xocalıya, orada baş verən zülmlərə cəmləşdirməlidirlər: “Xocalı qətliamının 20-ci ildönümündə, Azərbaycan torpaqlarında erməni işğalının dayandırılması, evindən, yurdundan uzaqlarda qalan soydaşlarımızın haqlarının bərpası beynəlxalq ictimaiyyətin ən ciddi vəzifələrindən biri olmalıdır”.
Bu xəbər oxucular tərəfindən 1362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed