Şrift:
Avropanın ən güclüsü Portuqaliyadır
11.07.2016 [10:00] - Gündəm, İdman
Fransada keçirilən futbol üzrə Avropa çempionatı başa çatdı.

Final oyununda meydan sahibi Fransa Portuqaliya ilə qarşılaşıb.

İlk hissədə Ronaldo dizindən zədə alaraq, stadionu vaxtından əvvəl tərk edib. Bu, qarşılaşmada yadda qalan əsas məqam olub. Belə ki, matçın əsas vaxtında qol qeydə alınmayıb.

Oyuna əlavə olunmuş vaxtın 109-cu dəqiqəsində Portuqaliya yığmasının üzvü Eder fərqlənib. Oyun 1:0 hesabı ilə Portuqaliyanın xeyrinə başa çatıb.

Beləliklə, Portuqaliya Avro-2016-nın qalibi olub.
Bu xəbər oxucular tərəfindən 663 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed