Şrift:
Kəşmirdə baş verən toqquşmalarda 18 nəfər ölüb
11.07.2016 [10:09] - Gündəm, Hadisə
Hindistan Kəşmirində hökumət qüvvələri ilə nümayişçilər arasında iki gündür davam edən toqquşmalarda biri polis olmaqla azı 18 nəfər ölüb, 200-dən artıq insan yaralanıb.

“lefigaro.fr” saytı xəbər verir ki, nümayişlər üsyançıların lideri Burhan Vaninin ölümündən sonra başlayıb. Hökumət qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Bu, 2010-cu ildən bəri Hindistanda baş verən ən böyük etiraz aksiyasıdır.

Qeyd edək ki, 1947-ci ildən bəri Hindistan ilə Pakistan Kəşmirə görə münaqişə vəziyyətindədir. Hər iki ölkə bu dağlıq regionun onun ərazisi olduğunu iddia edir.
Bu xəbər oxucular tərəfindən 727 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed