Şrift:
Ukrayna ilə Aİ arasında vizasız rejim qərarı payızda qəbul ediləcək
11.07.2016 [13:05] - Gündəm, Sosial
Ukrayna və Avropa İttifaqı (Aİ) arasında vizasız rejimə dair qərar payızda qəbul ediləcək. "İnterfax" xəbər verir ki, bu barədə Aİ-nın Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohanes Xan bəyan edib.

O əlavə edib ki, belə bir qərar oktyabr ayında müzakirə edilərək qəbul oluna bilər.

Y.Xan əmin olduğunu bildirb ki, oktyabr ayına qədər Aİ Ukrayna ilə viza rejiminin liberallaşdırılması haqqında qərara gələcək.

Qeyd edək ki, daha əvvəl Avropa Parlamentinin Xarici Məsələlər üzrə Komitəsi Aİ-nın Ukrayna, Kosovo və Qürcüstanla vizasız rejiminin tətbiqinə dair qərarı bəyənib.
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed