12.07.2016 [10:34] - Gündəm, İqtisadiyyat
Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Qusarda biçin kampaniyası sürətlə davam edir.
Məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə, rayon üzrə biçin kampaniyası 80-dən çox taxılbiçən kombaynın qüvvəsi ilə aparılır.
Hazırda rayonun dəmyə ərazilərində arpa biçini davam edir. Artıq 3 min hektar sahədə işlər başa çatdırılıb.
Qusarlı təsərrüfatçılar taxılın builki məhsuldarlığının qənaətbəxş olduğunu bildirirlər. Fermerlər əsasən yerli iqlim şəraitinə uyğun taxıl sortlarını becərməyə üstünlük verirlər.
Qusarda bu ilin məhsulu üçün ümumilikdə 9 min 208 hektar arpa, 18 min 812 hektar isə buğda əkilib.
Hava şəraiti əlverişli olarsa biçinin yaxın 10 gün ərzində başa çatdırılması nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |