Şrift:
Azərbaycan, Rusiya və İran prezidentləri Bakıda "Şimal-Cənub" layihəsini müzakirə edəcəklər
12.07.2016 [11:30] - Gündəm, İqtisadiyyat
Azərbaycan, Rusiya və İran prezidentlərinin avqustda Bakıda keçiriləcək görüşü zamanı "Şimal-Cənub" dəmir yolu nəqliyyat dəhlizi layihəsi müzakirə olunacaq. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə brifinqdə deyib.

Onun sözlərinə görə, bu layihənin çox böyük iqtisadi perspektivi var.

E.Məmmədyarov qeyd edib ki, dövlət başçılarının görüşünün dəqiq tarixi avqustda müəyyən olunacaq.
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed