Şrift:
Azərbaycanda meteohəssas insanlar ehtiyatlı olmalıdır, temperatur 18 dərəcəyədək yüksələcək
27.02.2012 [12:22] - Gündəm
Martın 1-dək ölkə ərazisində mülayim isti hava şəraiti davam edəcək, hava əsasən yağmursuz olacaq. Bunu bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, temperatur rejimi iqlim normasından əsasən yüksək olacaq.
Bakıda və Abşeron yarımadasında fevralın 28-29-da 11-16 dərəcə isti olacaq.
Fevralın 28-də günorta saatlarında cənub küləyinin sürəti bir qədər artacaq.
Aran rayonlarında 13-18, dağlarda 3-8 dərəcə isti gözlənilir.
Tağıyevanın sözlərinə görə, hazırda temperatur iqlim normasından 3 dərəcəyədək yüksəkdir. Yaxın günlər ərzində bu fərqin daha da çoxalacağı gözlənilir. Amma belə hava şəraiti anomal hesab edilə bilməz.
Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-5, gündüz 11-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti proqnozlaşdırılır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 9-14 dərəcə şaxta olacağı gözlənilir.
Tağıyeva deyib ki, fevralın 28-29-da Abşeron yarımadasında mülayim temperatur şəraiti müsbət amil olsa da, atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Bu xəbər oxucular tərəfindən 993 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed