13.07.2016 [16:40] - Gündəm, İslam dini
İyulun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal, Nəsimi və Nərimanov rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəalların iştirak etdikləri tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu cür tədbirlərin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı multikultural mühitin bütün dünya üçün örnək olduğunu bildirib. O vurğulayıb ki, tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq, hər bir azərbaycanlının həyat tərzinə çevrilib. S.Heydərov bir neçə Şərq ölkəsində baş verən münaqişələrə diqqəti çəkərək təəssüflə bildirib ki, bəzi qüvvələr tərəfindən din amilindən geosiyasi maraqlar üçün istifadə edilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi barədə də məlumat verən sədr müavini bildirib ki, bu film dini radikalizmlə mübarizə çərçivəsində radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərini özündə əks etdirir. Onun sözlərinə görə, filmdə dini radikalizmin qurbanı olmuş insanların və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyətimiz, eləcə də dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır.
Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov son illərdə respublikamızda keçirilən tədbirlərdə ayr-ayrı xalqların nümayəndələrinin iştirakını tolerantlıq nümunəsi kimi dəyərləndirib. O, ölkəmizdə dini etiqad və vicdan azadlığının təmin olunduğunu diqqətə çatdırıb. H.Eyvazov qeyd edib ki, Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri vahid ailə kimi əmin-amanlıq və sabitlik şəraitində yaşamaqdadırlar.
Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınması istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, vətəndaşlarımızı, xüsusilə də gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti cəmiyyətin üzərinə düşür. Bu mənada dini maarifçilik işinin düzgün metodlarla təşkilinə, gücləndirilməsinə və əhatə dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir.
Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov dövlətin gənclərə diqqət və qayğısından danışıb.
Qeyd edək ki, müşavirədən öncə “Fitnə” filmi Yasamal rayon ictimiayyətinə təqdim olunub.

Bu xəbər oxucular tərəfindən 939 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |